Təhsil məzuniyyəti necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)
Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə
İndi isә tәhsil mәzuniyyәti ilә bağlı işçinin әrizәsinә uyğun olaraq işәgötürәnin әmrinin nümunәvi formasını tәqdim edәk.
Blank “Alov” MMC
ӘMR №________
Salyan şәhәri ___ ___________________2019-cu il
İşçiyә ödәnişli tәhsil mәzuniyyәtinin tәqdim edilmәsi haqqında Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 123-cü vә 124-cü maddәlәrinә vә Kadrlarla iş şöbәsini mütәxәssisi
Quliyeva Әsmәr Qadir qızının ____ ________2019-cu il tarixli әrizәsinә uyğun olaraq
ӘMR EDİRӘM:
1. Azәrbaycan Dövlәt Pedaqoji Universitetinin Filologiya fakültәsindә qiyabi formada tәhsil alan Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızına dövlәt imtahanını vermәsi üçün ___ ______2019-cu ildәn ____ _______ 2019-cu ilәdәk 30 (otuz) tәqvim günü müddәtindә ödәnişli tәhsil mәzuniyyәti tәqdim edilsin.
2. Baş mühasib Sәlimova Sultanә Sabir qızı ödәnişli tәhsil mәzuniyyәti üçün işçiyә Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 177-ci maddәsindә nәzәrdә tutulmuş qaydada orta әmәk haqqı hesablanmasını vә ____ ________2019-cu il tarixinәdәk işçiyә ödәnilmәsini tәmin etsin.
3. İşçinin işә başlama tarixi ___ ________2019-cu il il hesab edilsin.
4. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.
Direktor
_______ Nәbili N.N.
Әmrlә tanış oldum:
__________ Sәlimova S.S.
Tarix: ________
__________ Quliyeva Ә.Q.
Tarix: ________
Әmrdәn dә göründüyü kimi ödәnişli tәhsil mәzuniyyәti ilә bağlı işçiyә ödәnilәn mәzuniyyәt haqqı digәr mәzuniyyәt haqlarından fәrqli formada hesablanır. Bu barәdә mks.az saytının digәr nәşrindә - “Әmәyin uçotu: Adan Z-yә” kitabında әtraflı mәlumat vә misallar tәqdim olunub.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın