İş vaxtının maksimum müddəti nə qədərdir?
Əmək Məcəlləsində əsasən iki iş vaxtı mövcüddur: Tam və natamam iş vaxtı. Tam iş vaxtının sərhədləri həftəlik və gündəlik normal iş saatı ilə məhdudlaşdırılır. Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Misal 1. İşəgötürən işçiləri həftəlik 4 iş günü və hər gün 9 saat olmaqla, həftəlik 36 saat çalışdırır. Bu cür iş vaxtının müəyyən edilməsi əmək qanunvericiliyinə ziddir. Çünki həftəlik iş saatı 40 saatlıq normadan az olsa da, gündəlik iş vaxtı 8 saatdan yüksəkdir.
Misal 2. İşəgötürən qərar verir ki, işçi hər gün 5 saat olmaqla həftədə 7 gün işləsin. Göründüyü kimi həm günlük, həm də həftəlik maksimal saat gözlənilir. Amma əmək qanunvericiliyi 7 günlük iş normasına icazə vermədiyindən, 7 günlük iş rejiminin müəyyən olunması qanuna zidddir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın