Analıq məzuniyyətinə çıxan işçinin əmri necə hazırlanmalıdır? (Nümünəvi forma)
Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə
Növbәti addım mәzuniyyәt әmrinin layihәsinin kadrlarla iş şöbәsi tәrәfindәn hazırlanaraq tәşkilatın rәhbәrinә tәqdim edilmәsidir. Mәzuniyyәt әmrinin nümunәvi formasını tәqdim edirik:
Blank “Alov” MMC
ӘMR №________
Saatlı şәhәri __ _________________2019-cu il
İşçiyә hamilәliyә vә doğuşa görә mәzuniyyәtin tәqdim edilmәsi barәdә
Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 125-ci maddәsini rәhbәr tutaraq, “Alov” MMC-nin Müavinәt komissiyasının ____ _____________2019-cu il tarixli, ____№-li protokoluna
vә Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızının ___ _______2019- cu il tarixli әrizәsinә әsaslanaraq
ӘMR EDİRӘM:
1. Kadrlarla iş şöbәsinin mütәxәssisi Quliyeva Әsmәr Qadir qızına 04 iyul 2019-cu il tarixindәn 08 noyabr 2019-cu il tarixinәdәk, 126 tәqvim günü müddәtindә hamilәliyә vә doğuşa görә (sosial) mәzuniyyәt tәqdim edilsin.
2. İşçinin işә başlama tarixi 09 noyabr 2019-cu il hesab olunsun.
3. Baş mühasib Sәlimova Sultanә Sabir qızı vә Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızı tәlәb olunan maliyyә vә kadr sәnәdlәrinin DSMFnin müvafiq şöbәsinә tәqdim olunmasını hәyata keçirsinlәr.
4. Әmrin icrasına nәzarәti özümdә saxlayıram.
Direktor _______ Nәbili N.N.
Әmrlә tanış oldum:
__________ Sәlimova S.S.
Tarix: ________
__________ Quliyeva Ә.Q.
Tarix: ________
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın