Altay Cəfərovun təqdimatında: İşəmuzd əmək haqqının hesablanması

Altay Cəfərovun təqdimatında: İşəmuzd əmək haqqının hesablanması

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

İndi isә işәmuzd iş vaxtını nәzәrdәn keçirәk. Sözün mәnasına fikir versәk görәrik ki, әmәkhaqqı işçinin işlәdiyi işә әsasәn ödәnilir. Belә ödәnişlәr әsasәn tәmir-tikinti tәşkilatlarında, müәyyәn montaj-quraşdırma işlәrindә işlәyәnlәrә tәtbiq olunur. İşәmuzd ödәniş tәbii ki, tәkcә tikinti tәşkilatları ilә mәhdudlaşmır. İşәmuzd әmәkhaqqında artıq iş saatı yox, iş norması әsas götürülür.

Köhnә mühasiblәrin yadında olar ki, tәmir-tikinti işlәrindә ENR (Edinaya Norma Rabotı - Vahid İş Norması) deyilәn bir anlayış vardı. İşçiyә görülәn hәr iş vahidinә görә әmәkhaqqı ödәnilirdi. Misallar üzәrindә işәmuzd anlayışını açmağa çalışaq. Tutaq ki, işçi bәnnadır vә әmәk müqavilәsi bağlayan zaman işәgötürәn ilә razılaşır ki, hörülәcәk hәr kvadrat metr tikinti üçün ona 5 manat әmәkhaqqı ödәnilsin. İşçi bir ay әrzindә 60 kv.m hörgü işi görәrsә, bu zaman onun aylıq әmәkhaqqı 300 manat (5 manat x 60 kvm) tәşkil edәcәk. İşәmuzd әmәkhaqqı bu formada hesablanmalıdır. Başqa bir misal. Rәngsaz bağladığı әmәk müqavilәsinә әsasәn, rәnglәdiyi hәr kv.m üçün 3 manat vә suvaq vurduğu hәr kv.m üçün isә isә 4 manat әmәkhaqqı alacaq. Ay әrzindә işçi 70 kv.m rәngsaz işi, 60 kv.m isә suvaq işi görüb. Bu zaman onun aylıq әmәkhaqqı 450 manat (3 manatx 70 kvm + 4 manatx 60 kvm = 210 manat + 240 manat) olacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər