Altay Cəfərovun təqdimatında: Əmək şəraitinin dəyişməsi halında əmək müqaviləsinə xitam

Altay Cəfərovun təqdimatında: Əmək şəraitinin dəyişməsi halında əmək müqaviləsinə xitam

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Əmək müqaviləsinə əmək şəraitinin dəyişməsi ilə bağlı xitam verildikdə işçiyə orta aylıq əməkhaqqının azı 2 misli miqdarında müavinət ödənilməlidir.

Niyə əməkhaqqı yox, müavinət və niyə azı 2 misli? Bu şərtləri əvvəlcədən, əmək müqaviləsi bağlayan zaman işəgötürənlə razılaşdırmaq lazımdır. Qarşılıqlı razılıq əsasında əmək müqaviləsində qeyd oluna bilər ki, əgər işin müqavilədə nəzərdə tutulan şərtləri dəyişdirilsə və işçi bu şərtlərlə razılaşmasa, onda işəgötürən işçiyə orta aylıq əməkhaqqının 3 və daha çox misli miqdarında müavinət ödəməlidir.

Yuxarıda çəkdiyimiz misalın timsalında bu halda 2 aylıq əməkhaqqı cəmlənir, 2 aya bölünür və 2-yə vurulur: 420 manat. Deməli, işçiyə birdəfəlik 420 manat müavinət ödənilməlidir.

Əmək Məcəlləsində yuxarıdakı iki hal üçün daha sadələşdirilmiş qeydlər var: İşəgötürən bu maddənin birinci hissəsi və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı bir aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu o deməkdir ki, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi üçün müəyyən olunmuş xəbərdarlıq müddətlərini işçiyə təqdim etmədən, ona bir aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını birdəfəlik ödəməklə əmək müqaviləsini ləğv edə bilər. Əlbəttə ki, bu işçi ilə razılaşdırılmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər