DİQQƏT! Nazirlər Kabinetindən qərar - Ardıcıl 7 gün istirahət günü olacaq
Nazirlər Kabinetinin 461 saylı, 2 dekabr 2019-cu il tarixli qərarına əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilib. Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Qərardan göründüyü kimi, 24-30 dekabr 2019-cu il tarixlərdə ardıcıl 7 gün iş günü hesab ediləcək. Bu səbəbdən də, 31 dekabr- 06 yanvar 2020-ci il tarixlərdə isə ardıcıl olaraq 7 gün istirahət günü hesab ediləcək. Məlumat üçün qeyd ki, 23 dekabr 2019-cu il tarixi Bələdiyyəyə seçkilər günü olduğu üçün həmin gün də iş günü hesab olunmayacaq.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın