Əmək kitabçasından çıxarış necə hazırlanmalıdır? (Nümünəvi forma)
Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə
Әmәk kitabçasından çıxarış tәşkilatın blankında hazırlanır. Әgәr çıxarış bir vәrәqdәn ibarәtdirsә, onu tәrib edәn mәsul işçi sәhifәnin sonunda çıxarışın mәzmununu imzası ilә tәsdiq edir, möhür vurulur. Yox, әgәr vәrәqlәrin sayı çoxdursa, o zaman nömrәlәnir, hәr vәrәqә imza atılır vә sonuncu sәhifәdә çıxarışdakı vәrәqlәrin sayı haqında mәlumat qeyd olunmaqla imza çәkilir, möhür vurulur. Çıxarışın ilk sәhifәsindә, yuxarıda mütlәq işçinin әmәk kitabçasının titul vәrәqindәki mәlumatlar әks etdirilir.
Daha sonra işçiyә lazım olan dövrlә bağlı mәlumatlar göstәrilir. Әgәr işçinin çıxarış istәdiyi dövrә hazırkı işi haqqında mәlumat da daxildirsә, o zaman hәmin mәlumatın sonunda “hazırda işlәyir” qeydi yazılır. Әmәk kitabçasından çıxarışın nümunәvi formasını tәqdim edirik:
Әmәk kitabçasından çıxarış
Soyadı Әhmәdova
Adı Nazimә
Atasının adı Mirzә qızı
Doğum tarixi 20.05.1970
Tәhsili Ali, Bakı Dövlәt Universitetinin verdiyi 30.06.2012-ci il tarixli, ___ №-li diplom
Peşәsi,ixtisası Kargüzar
Doldurulma tarixi 25.08.2012
İş haqqında mәlumat Seriya: 3400, № 555555
Qeyd in №- si | Tarix | İşә götürülmәsi, bir işdәn başqa işә keçirilmәsi, işdәn azad edilmәsi (sәbәblәri göstәrilmәklә vә qanunun maddәsinә, bәndinә әsaslanmaqla) | Qeyd nәyin әsasında yazılmışdır (sәnәd, onun tarixi vә nömrәsi) | ||
gün | Ay | Il | |||
“Alov” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti | |||||
05 | 15 | 09 | 2019 | Satış şöbәsinә satış meneceri vәzifәsinә işә qәbul olunub. Hazırda işlәyir. |
14.09.2019-cu il, tarixli, __№- li әmr
|
Kadrlarla iş şöbәsinin müdiri _________ Ağazadә N.H.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Möhür
0 Komment
Şərh yazın