Əmək kitabçasından çıxarış necə hazırlanmalıdır? (Nümünəvi forma)

Əmək kitabçasından çıxarış necə hazırlanmalıdır? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Әmәk kitabçasından çıxarış tәşkilatın blankında hazırlanır. Әgәr çıxarış bir vәrәqdәn ibarәtdirsә, onu tәrib edәn mәsul işçi sәhifәnin sonunda çıxarışın mәzmununu imzası ilә tәsdiq edir, möhür vurulur. Yox, әgәr vәrәqlәrin sayı çoxdursa, o zaman nömrәlәnir, hәr vәrәqә imza atılır vә sonuncu sәhifәdә çıxarışdakı vәrәqlәrin sayı haqında mәlumat qeyd olunmaqla imza çәkilir, möhür vurulur. Çıxarışın ilk sәhifәsindә, yuxarıda mütlәq işçinin әmәk kitabçasının titul vәrәqindәki mәlumatlar әks etdirilir.

Daha sonra işçiyә lazım olan dövrlә bağlı mәlumatlar göstәrilir. Әgәr işçinin çıxarış istәdiyi dövrә hazırkı işi haqqında mәlumat da daxildirsә, o zaman hәmin mәlumatın sonunda “hazırda işlәyir” qeydi yazılır. Әmәk kitabçasından çıxarışın nümunәvi formasını tәqdim edirik:

Әmәk kitabçasından çıxarış

Soyadı Әhmәdova 

Adı Nazimә

Atasının adı Mirzә qızı 

Doğum tarixi 20.05.1970

Tәhsili  Ali, Bakı Dövlәt Universitetinin verdiyi 30.06.2012-ci il tarixli, ___ №-li diplom

Peşәsi,ixtisası  Kargüzar

 Doldurulma tarixi 25.08.2012

İş haqqında mәlumat Seriya: 3400, № 555555

 
Qeyd in №- si Tarix İşә götürülmәsi, bir işdәn başqa işә keçirilmәsi, işdәn azad edilmәsi (sәbәblәri göstәrilmәklә vә qanunun maddәsinә, bәndinә әsaslanmaqla) Qeyd nәyin әsasında yazılmışdır (sәnәd, onun tarixi vә nömrәsi)
gün Ay Il
 “Alov” Mәhdud Mәsuliyyәtli Cәmiyyәti
05 15 09 2019 Satış şöbәsinә satış meneceri vәzifәsinә işә qәbul olunub. Hazırda işlәyir.

 14.09.2019-cu il, tarixli, __№- li әmr

 

 

 

 

 

 

 

 

 

  

Kadrlarla iş şöbәsinin müdiri _________ Ağazadә N.H.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 

Möhür

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər