Altay Cəfərovun təqdimatında: Əmək haqqının nağdsız ödənilməsində İNCƏ MƏQAMLAR

Altay Cəfərovun təqdimatında: Əmək haqqının nağdsız ödənilməsində İNCƏ MƏQAMLAR

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

"Nağdsız hesablaşmalar haqqında" Qanundan aydın olur ki, әmәkhaqqıları işәgötürәn tәrәfindәn nağdsız formada ödәnilmәlidir. Amma burada bir istisna hal var. Belә ki, vergi ödәyicilәrinin fәaliyyәt sahәsinә vә dövriyyәsinә uyğun olaraq istisnalar nәzәrdә tutulur. Bәzi kateqoriya vergi ödәyicilәri var ki, onlar әmәkhaqqılarını nağd formada verә bilәrlәr.

Odur ki, әmәkhaqqılarının nağd vә nağdsız ödәnilmәsi ilә bağlı vergi ödәyicilәri iki yerә bölünür. Bir kateqoriya әmәkhaqqıları ancaq nağdsız ödәyә bilәr. Digәr kateqoriya isә hәm nağd, hәm dә nağdsız qaydada ödәmә hәyata keçirә bilәr. Nağd formada әmәkhaqqı ödәmәk hüququna malik olanlar – “әmәliyyatlarının hәcmi ardıcıl 12 aylıq dövrün istәnilәn ayında (aylarında) iki yüz min manatadәk olan pәrakәndә ticarәt, iaşә vә xidmәt sahәsindә fәaliyyәt göstәrәn şәxslәr”dir. Bura kimlәr aiddir: o Sadәlәşdirilmiş vergi ödәyisi olan fiziki şәxslәr. o Sadәlәşdirilmiş vergi ödәyisi olan hüquqi şәxslәr. o Mәnfәәt vә ya gәlir vergisi ödәyicisi olan, amma әmәliyyatlarının hәcmi ardıcıl 12 aylıq dövrün istәnilәn ayında (aylarında) iki yüz min manatadәk olan pәrakәndә ticarәt, iaşә vә xidmәt sahәsindә fәaliyyәt göstәrәn şәxslәr.

ZӘRURİ QEYD: İstehsalatla mәşğul olan sadәlәşdirilmiş vergi ödәyicilәri (fiziki vә ya hüquqi şәxslәr) dövriyyәsindәn asılı olmayaraq nağd formada әmәkhaqqı ödәyә bilmәzlәr. İstәnilәn fәaliyyәt növü ilә mәşğul olan, amma gәlilәri dövlәt satınalma müqavilәsi üzrә formalaşan sadәlәşdirilmiş vergi ödәyicilәri hәmin vәsaitin istifadәsini (xәrclәnmәsini) nağdsız hәyata keçirmәlidirlәr. Hәmin vәsaitә әmәkhaqqıları da daxil olduğundan sadәlәşdirilmiş vergi ödәyicisi olsalar belә, mәvaciblәri nağdsız ödәmәlidirlәr.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın