İşçi gündə 2 saat işlədiyi halda məzuniyyət günləri necə hesablanır?

İşçi gündə 2 saat işlədiyi halda məzuniyyət günləri necə hesablanır?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Natamam iş vaxtı ilə çalışan işçilərin məzuniyyət günlərinin necə tənzimlənməsi də maraq doğuran məsələdəndir. Əmək Məcəlləsinin 114-cü maddəsinin 4-cü hissəsinə əsasən, natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi) şəraitində işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək məzuniyyəti müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq verilir.

Misal. “A” MMC-nin satış departamentində çalışan iki işçinin birinin gündəlik iş saatı 8 saat, digərininki isə 2 saatdır. İkinci işçinin iş saatı digərindən 4 dəfə az olmasına baxmayaraq, hər ikisi üçün əmək məzuniyyəti 21 gün müəyyyən edilməlidir. İşçinin tam və ya natamam iş vaxtı ilə işləməsindən asılı olmayaraq, məzuniyyət günlərinin sayı dəyişmir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın