Məzuniyyət dövründə əmək qabiliyyətini itirən işçinin ərizə forması

Məzuniyyət dövründə əmək qabiliyyətini itirən işçinin ərizə forması

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

İşçi әmәk qabiliyyәtini itirmәsi sәbәbindәn әmәk mәzuniyyәtinin bir hissәsindәn istifadә edә bilmədikdə aşağıdakı formada ərizə yazmalıdır.

“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna Marketinq şöbәsinin satış mütәxәssisi Quliyev Rza Әşir oğlu tәrәfindәn

ӘRİZӘ

2019-cu il üçün әmәk mәzuniyyәtlәrinin növbәlilik qrafikinә uyğun olaraq ___ ______2019-cu ildәn ___ ________2020-ci ilә kimi olan iş ili üçün 01 iyun 2019-cu il tarixindә mәzuniyyәtә çıxmışam. Mәzuniyyәtim 30 tәqvim günü olmaqla (әsas vә әlavә mәzuniyyәt müddәti göstәrilmәklә) 30 iyun 2019-cu il tarixindә başa çatmalı idi. Lakin mәzuniyyәtdә olduğum 10 iyun 2019-cu il tarixindәn 15 iyun tarixinә kimi әmәk qabiliyyәtimi 5 (beş) tәqvim günü müvәqqәti itirmişәm. Xahiş edirәm әmәk mәzuniyyәtimin istifadә etmәdiyim 5 (beş) tәqvim günü müddәtindә uzadılmasını tәmin edәsiniz.

Qoşma: Әmәk qabiliyyәtinin müvәqqәti itirilmәsi ilә bağlı 8 saylı şәhәr poliklinikasının tәsdiq etdiyi xәstәlik vәrәqәsi, 1 vәrәq, 1 nüsxә.

___________ Quliyev R.Ә.

Tarix: ________ 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir. 

0 Komment

    Şərh yazın