İntizam tənbehinin verilməsi necə rəsmiləşdirilməlidir?

İntizam tənbehinin verilməsi necə rəsmiləşdirilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təbii ki, işçinin əmək və icra intizamını pozması faktı və törətdiyi xəta rəsmiləşdirilməlidir.  Misal üçün, işçinin işə gecikməsini tabel uçotunda qeyd etməklə yanaşı, ondan bu barədə izahat alınması da həyata keçirilməlidir.

Başqa bir misal, mühasibin hesabatı gec göndərməsini təsdiq edən sənəd kimi, vergi orqanın təqdim etdiyi maliyyə sankiyası haqqında bildirişlərlə yanaşı, işçinin izahatı da olmalıdır. Bəzən elə hallar olur ki, onun baş verməsi mütləq hansısa sənədlə təsdiq edilməlidir.

Məsələn, işçinin iş yerini icazəsiz tərk etməsi, işçinin öz iş yoldaşını təhqir etməsi və ya müştərilərlə münasibətdə işəgötürənin işgüzar nüfuzuna mənfi təsir edən hərəkətlərə yol verməsi belə hallardan hesab edilə bilər. Bu halda artıq işçinin funksional rəhbərliyi, daxili nəzarət orqanı və ya kadrlarla iş departmentinin təqdimatı da intizam tənbehinin verilməsi ilə bağlı araşdırmanın aparılmasına əsas olur.

Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən, intizam tənbehi verilməmişdən öncə işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Mümkündür ki, işçinin birbaşa tabe olduğu bölmənin (şöbənin) rəhbərinin təqdimatında işçinin intizam xətası törətməsi qeyd edilsə də, o, yazılanları inkar etsin.

İşçi inzibatı xətanın baş verməsinə səbəb kimi üzrlü halları və ya ondan asılı olmayan səbəbləri qeyd edə bilər. Misal üçün, işçi bildirə bilər ki, işə gecikməsinə səbəb Bakıda keçirilən beynəlxalq tədbirin nəticəsində yolların bağlanması olub. Yaxşı olar ki, belə hallarda işçi xəta törətdiyinə görə səmimi şəkildə peşman olduğunu da etiraf etsin.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər