Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
Göründüyü kimi, işçinin hansı əsasla işdən çıxmasının ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ödənilməsinə aiddiyyəti yoxdur.
Misal 1. 1 yanvar 2019-cu il tarixdə işə qəbul olunan işçi 30 sentyabr 2019-cu il tarixdə öz xahişi ilə işdən çıxır. İşçinin məzuniyyət günlərinin sayı 30 gündür. Bu zaman tənasüb üsuldan istifadə etməklə işçiyə düşən məzuniyyət günləri tapaq:
12 ay - 30 gün
9 ay - X gün
X = (30 gün x 9 ay) / 12 ay= 22,5 gün
Deməli, işçinin istifadə edilməmiş məzuniyyət günlərinin sayı 22,5 gün təşkil edəcək.
Misal 2. İşəgötürənin əmrinə əsasən, işçinin əmək müqaviləsinə əmək funksiyalarını icra etmədiyi səbəbi ilə xitam verilib. İllik əsas məzuniyyət haqqı 21 gün olan işçinin ötən iş ilindən 8 gün qalığı var. Həmçinin cari iş ilində 5 ay çalışsa da, əmək məzuniyyəti hüququndan istifadə etməyib. İkinci iş ilinə görə istifadə edilməmiş məzuniyyət günlərini tapmaq üçün tənasüb üsulundan istifadə edək.
12 ay - 21 gün
5 ay - X gün
X = (21 gün x 5 ay) / 12 ay= 8,75 gün
İşçinin öncəki iş ilindən də 8 məzuniyyət günü qaldığını nəzərə alsaq, işdən çıxan işçiyə 16,75 (8 + 8,75) gün üçün istifadə edilməmiş məzuniyyət haqqı ödəniləcək.
Fəxriyyə İKRAMQIZI
Vergiler.az
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
1 Komment
Nergiz 06 Avqust 2020
Pandemiya zamani ischi ishden azad olubsa,ve adi hemin ish yerinde qeydiyyatdadirsa,hemin ischi ishsiz kimi yardim ala bilmirse(190m)hara muraciyet etmelidi ve haqqi varmi kompensasiyani teleb etmek?
Şərh yazın