Kompensasiya hesablanarkən əlavə məzuniyyətlər nəzərə alınır?

Kompensasiya hesablanarkən əlavə məzuniyyətlər nəzərə alınır?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Bölmənin əvvəlində qeyd etdiyimiz kimi, 30 və ya 21 gün əsas məzuniyyət hüququna malik olan işçiyə 3 tip əlavə məzuniyyət verilir:

  • Əmək stajına görə;
  • Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə;
  • 14 yaşınadək iki vəya daha çox, həmçinin sağlamlıq imkanları məhdud uşağa görə.

Maraqlıdır ki, əmək müqaviləsinə xitam verilən işçiyə kompensasiya hesablanarkən bu tip əlavə məzuniyyətlərə görə kompenasiya hesablanmamalıdır.

Əmək Məcəlləsinin 144-cü maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən, əmək münasibətlərinə xitam verilərkən Məcəllənin 115 (Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə) və 116-cı (Əmək stajına) maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə pul əvəzi verilmir.

Misal. 30 təqvim günü əsas məzuniyyəti olan işçinin əmək ştajı və əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müvafiq olaraq 4 və 6 iş günü əlavə məzuniyyəti var. Bundan əlavə, 14 yaşınadək iki uşağı olduğu üçün də 2 gün əlavə məzuniyyət hüququ var. İşçi 6 ay işlədikdən sonra işdən öz xahişi ilə çıxır. Hesab edək ki, işlədiyi 6 aylıq dövrdə işçi əmək məzuniyyəti hüququndan istifadə etməyib.

Kompensasiyanın hesablanması üçün istifadə edilməmiş məzuniyyət günlərini tapaq.

Əsas məzuniyyət üzrə:  (30 gün x 6 ay) / 12 ay = 15 gün

Əlavə məzuniyyətə görə:

  1. Əmək stajına görə əlavə məzuniyyət – Hesablanmır;
  2. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə - hesablanmır;
  3. 14 yaşınadək iki uşağı olmasına görə - (2 gün x 6 ay) /12 ay = 1 gün hesablanır.

 Deməli, işçiyə ödəniləcək kompensasiya üçün istifadə edilməmiş məzuniyyət günlərinin sayı 16 gün (15 gün (əsas məzuniyyət) + 1 gün (əlavə məzuniyyət)) təşkil edəcək.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

 

0 Komment

    Şərh yazın