Ciddi hesabat blankları ilə bağlı 9 ƏSAS MƏQAM

Ciddi hesabat blankları ilə bağlı 9 ƏSAS MƏQAM

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

1. Әllә doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitlәri aydın vә sәlis xәtlә doldurulmalı, rәqәmlәr dәqiq oxunmalı, qaralamalara vә düzәlişlәrә yol verilmәmәlidir. Qaralanmış, düzәliş edilmiş, yararsız hala düşmüş ciddi hesabat blankları etibarsız sayılır. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa tәhvil verilmәli vә növbәti yoxlama (tәftiş) keçirilәnә qәdәr üzәrindә "korlanıb" sözü yazılmaqla mühasibatda saxlanılmalıdır;

2. Ciddi hesabat blankları doldurularkәn, onun boş qalmış sәtirlәri vә sütunları xәtlәnmәlidir.

3. Ciddi hesabat blanklarında qiymәtlәr manatla göstәrilmәlidir;

4. Ciddi hesabat blanklarını onlara oxşar rekvizitlәrә malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sәnәdlәri ilә әvәz etmәyә yol verilmir;

5. Ciddi hesabat blanklarının istifadәsinә nәzarәt öz sәlahiyyәtlәri çәrçivәsindә Azәrbaycan Respublikasının Maliyyә Nazirliyi vә Azәrbaycan Respublikasının Vergilәr Nazirliyi tәrәfindәn hәyata keçirilir;

6. Ciddi hesabat blankları müәyyәn olunmuş qaydada tәşkilatların vә fәrdi sahibkarların anbarlarında vә ya bu mәqsәd üçün ayrılmış xüsusi yerlәrdә saxlanılır;

7. Ciddi hesabat blankları tәşkilatın rәhbәrinin, habelә fәrdi sahibkarın icazәsi ilә anbardan vә ya bu mәqsәd üçün ayrılmış xüsusi yerlәrdәn tәhtәlhesab şәxslәrә (icraçılara) qaimә-faktura әsasında verilmәlidir;

8. Ciddi hesabat blankları itirildikdә vә ya digәr sәbәbdәn çatışmayan ciddi hesabat blanklarının mövcudluğu müәyyәn edildikdә, bu barәdә tәşkilatlar vә fәrdi sahibkarlar tәrәfindәn müvafiq qaydada akt tәrtib olunmalı, mәtbuat orqanında müvafiq mәlumat dәrc etdirilmәli, blankları itirilmiş tәsәrrüfat subyektlәri tәrәfindәn Maliyyә vә Vergilәr Nazirliklәrinә müvafiq mәlumat verilmәlidir;

9. Ciddi hesabat blanklarının forma vә rekvizitlәrinin Azәrbaycan dili ilә yanaşı tәlәb olunan xarici dildә dә çap olunması mümkündür, bunun üçün Maliyyә Nazirliyindәn razılıq alınmalıdır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər