İşçi  əvvəlki  12 təqvim ayını tam işləmədikdə müavinət necə hesablanır? (MİSALLA İZAH)

İşçi  əvvəlki  12 təqvim ayını tam işləmədikdə müavinət necə hesablanır? (MİSALLA İZAH)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Analıq məzuniyyətinin verilməsi zamanı ən çox müzakirə doğuran məsələlərdən biri də işçinin son 12 ayın tam aylarında işləmədiyi halda müavinətin hesablanmasıdır.

Misal. “A” MMC-nin 5 illik sosial sığorta stajı olan işçisi Quliyeva Ülviyyə 1 mart 2019-cu il tarixdə işə qəbul olunub. İşə qəbul olunmamışdan öncəki 5 ayda hər hansı əmək fəaliyyəti olmayıb. Son iş yeri olan “B” MMC-də 2018-ci avqust ayında işdən çıxıb. Ülviyyə Quliyevanın son 7 ayda  (mart – sentyabr 2019) əmək haqqı 400 manat təşkil edib. Bu zaman orta gündəlik qazancın hesablanması aşağıdakı şəkildə olacaq:

Proqram təminatından çıxarışdan göründüyü kimi işçi 2018-ci ilin sentyabr ayından 2019-cu ilin mart ayına qədər işləməsə də, iş günlərinin sayı 243 gün götürülüb. 2018-ci oktyabr ayından 2019-cu ilin sentyabr ayına olan dövrdə iş günlərinin sayı - 243 gün nəzərə alınıb. Bu səbəbdən işçiyə hesablanan orta gündəlik qazanc məbləği də az olur: 11,52 manat (2800 manat /243 gün).

Təəssüf ki, Əsasnamədə bu məsələ ilə bağlı işçinin ziyanına olan sərt yanaşma tətbiq edilib. Əgər işçinin işləmədiyi aylar nəzərə alınmasaydı, o halda işçiyə hesablanacaq gündəlik qazanc məbləği – 20,29 manat (2800 manat/138 gün (mart-oktyabr aylarında iş günlərin sayı) olacaqdı.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər