Altay Cəfərovun təqdimatında: İşçi hansı halda iki iş ilinə düşən məzuniyyətdən birgə istifadə edə bilər?

Altay Cəfərovun təqdimatında: İşçi hansı halda iki iş ilinə düşən məzuniyyətdən birgə istifadə edə bilər?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Әmәk Mәcәllәsindә әmәk mәzuniyyәti ilә bağlı çox maraqlı bir bәnd dә var: “Tәqvim ili әrzindә işçinin iki iş ilinә görә mәzuniyyәt hüququ olduqda o, hәmin tәqvim ilindә hәr iki iş ilinә görә mәzuniyyәtdәn birlikdә vә ya ayrı-ayrılıqda istifadә edә bilәr”. Yuxarıda bildirmişdik ki, әmәk mәzuniyyәtinin verilmәmәsi qadağandır. Bәzi hallarda iki iş ilinin әmәk mәzuniyyәtini birlәşdirib vermәk olar.

Bunu sadә bir misalla izah edәk. İşçi 01.03.2016-cı il tarixindә әmәk müqavilәsi ilә işә qәbul olunub vә onun birinci iş ili 01. 03. 2017-ci il tarixindә başa çatır. Bu müddәt әrzindә işçi ilә işәgötürәn razılaşır ki, әmәk mәzuniyyәtindәn istifadә müddәtini bir ay uzatsınlar. İşçi bu iş ilinә görә әmәk mәzuniyyәtinә 01.04.2017-ci il tarixindә çıxacaq. Artıq işçi aprel 2017-ci ildә әmәk mәzuniyyәtindәn istifadә etmәk istәyәndә, onun ikinci iş ili - 01.03.2017-ci ildәn 01.03.2018-ci il tarixinә kimi olan dövr üçün dә әmәk mәzuniyyәtindәn tam olaraq istifadә etmәk hüququ yaranır. Onda işçinin arzusu vә işәgötürәnin razılığı ilә hәr iki iş ili üçün işçi әmәk mәzuniyyәtindәn istifadә edә bilәr. Burada әn vacib mәqam odur ki, hәr iki mәzuniyyәtdәn istifadә hüququ bir tәqvim ilinә düşsün vә bizim misalda da hәr iki mәzuniyyәtdәn istifadә hüququ 2017-ci ilә tәsadüf edir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər