Müddətli əmək müqaviləsi işləyən işçinin əmək qabiliyyətini itirməsinin xitama təsiri (2 misalla izah)

Müddətli əmək müqaviləsi işləyən işçinin əmək qabiliyyətini itirməsinin xitama təsiri (2 misalla izah)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlinən hallardan biri də, müddətli əmək müqaviləsi bitən zaman işçinin əmək müqaviləsinə xitam verilməsidir. Bəzən işçinin əmək müqaviləsinin bitməsinə az müddət qaldıqda, o, əmək qabiliyyətini itirir və işə çıxmaq imkanı olmur. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, işçinin xəstələnməsi səbəbindən iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

Misal 1. “A” MMC-nin işçisinin müddətli əmək müqaviləsi 15 oktyabr 2019-cu il tarixdə başa çatır. İşçi 07 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 16 günlük itirir. Bu halda işəgötürən əmək müqaviləsinə xitam vermək üçün işçinin işə başlama tarixini gözləməlidir. Artıq işəgötürən qərar verə bilər ki, işçi işə başladığı 24 oktyabr 2019-cu il tarixdən işdən azad olunsun.

Misal 2: “A” MMC-nin işçisinin müddətli əmək müqaviləsi 10 oktyabr 2019-ci ildə başa çatır. İşəgötürən 1 oktyabr 2019-cu il tarixdən əmək qabiliyyətini 20 günlük itirir və 21 oktyabr 2019-cu ildə işə çıxır. İşəgötürən qərar verir ki, 31 oktyabr 2019-cu il tarixdən etibarən işçi müddətli əmək müqaviləsinin bitməsinə görə işdən azad olunsun. Ancaq işçinin işə başlanma tarixindən 10 gün müddət keçdiyinə görə müddətli əmək müqaviləsinə xitam verilə bilməz.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər