İşçinin istirahət günü işə çıxması necə rəsmiləşdirilməlidir?
Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə
“Alov” MMC-nin әmәyin mühafizәsi üzrә mütәxәssisi Arazlı Nizami Sәdi oğluna
Bildiriş
İstirahәt günündә işә çıxmaq barәdә Azәrbaycan Respublikasının Әmәk vә Әhalinin Sosial Müdafiәsi Nazirliyi yanında Dövlәt Әmәk Müfәttişliyi Xidmәti 10 avqust 2019-cu il tarixindәn “Alov” MMC-dә әmәyin mühafizәsi üzrә yoxlamaya başlayacaq. Yoxlamaya tәqdim etmәk üçün sәnәdlәrin tәcili olaraq hazırlanması Cәmiyyәtin gәlәcәk normal fәaliyyәtinin tәmin edilmәsi baxımından böyük әhәmiyyәtә malikdir. Әvvәlcәdәn planlaşdırılması mümkün olmayan işin icrası mәqsәdilә bazar günü, 08 avqust 2019-cu il tarixindә saat 9:00-dan 18:00-dәk (nahar fasilәsi: saat 13:00-dan 14:00-ә kimi) işә çıxmanıza ehtiyac var.
Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 164-cü maddәsinә uyğun olaraq istirahәt günündә işә çıxmağınıza görә istәyinizdәn asılı olaraq sizә gündәlik tarif maaşınızın iki misli qәdәr әmәk haqqı ödәnilmәsi vә ya başqa istirahәt gününün verilmәsi mümkündür.
Direktor ________ Nәbili N.N.
05 sentyabr 2019-cu il
Bildirişi aldım, istirahәt günü işә çıxmağa razıyam: ____________ Arazlı N.S.
05 sentyabr 2019-cu il
—————————————————————————
Yuxarıda qeyd etdiyimiz kimi digәr bir rәsmilәşdirmә forması yazılı razılıq әrizәsinin alınmasıdır. İşçi razılıq әrizәsindә bazar günü işlәmәsinә görә ona әmәk haqqı hesablanmasını, yoxsa işlәdiyi günün әvәzinә әlavә istirahәt günü verilmәsini seçmәlidir. Belә razılıq әrizәsinin nümunәvi formasını tәqdim edirik.
“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna
Әmәyin mühafizәsi üzrә mütәxәssis Arazlı Nizami Sәdi oğlu tәrәfindәn
RAZILIQ ӘRİZӘSİ
İstirahәt gününә tәsadüf edәn 08 avqust 2019-cu il tarixindә saat 9:00- dan 18:00-dәk (nahar fasilәsi: saat 13:00-dan 14:00-ә kimi) işә çıxmağa razıyam. Bazar günü işә çıxmağa görә gündәlik tarif maaşımın iki misli qәdәr әmәk haqqı ödәnilmәsini xahiş edirәm.
__________Arazlı N.S.
06 sentyabr 2019-cu il
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
2 Komment
MIKAYL 24 Noyabr 2019
ayda gulmekden ureyim getdi.bu qayda Dovlet ve budce teskilatlarinda var.birde ola bilerki iri Vergi odeyigisi olan MMC- lerda..yerda qalan is yerlerinda ise is saatlari 10 saat istirahet ise 10 gunden bir.ferdi sahibkarlarin yaninda isleyenleri ise hec banklarda resmi is yeri saymir.1 kartda vermir,deyir senIN resmi isci deyilsen,ne olsun elektron portlada qeydiyatin var.yani bu qeder fiziki sexsin iscisi hormetsizdir.)).butun market ve dukanlarda hemcin restoran ve demek olar ekser xidmet sahelerinda isciler ya tam ayi isleyir veya 10 gunden bir istirahet verilir,mezuniyyet ise olsa olsa ilde bir defa 5-10 gun..bunu vergide bilir emek mufatisliyida,gunki illerdir beladir.,bilmirse butun market dukanlarda isleyan cavan usaqlara yaxinlasib semimi sorusa bilerler..bir mudet is saatlari cox olduqu ucun satis sebekelerinda xidmet muqavilesi isci ile baxlanirdi megbur voen acilirdi. indide ela o qayda qalir cox yerda qalir.,basqa neca yoluna qoysun.axi sahibkar cox pul qazanmaq isteyir.
Hüseyn 21 Noyabr 2021
Salam menim çaişim 400 manatdır elave işledilirem xaiş edirem elave iş saatım nece manat hesablamalıdır hetda istrahet günləridə işlədilər
Şərh yazın