Altay Cəfərovun təqdimatında: Әmәkhaqqıdan tutulmalarla bağlı da mәhdudiyyәtlər

Altay Cəfərovun təqdimatında: Әmәkhaqqıdan tutulmalarla bağlı da mәhdudiyyәtlər

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Әmәkhaqqıdan tutulmalarla bağlı da mәhdudiyyәt var. Hәr dәfә әmәkhaqqı verilәrkәn tutulan mәblәğin ümumi miqdarı işçiyә verilmәli olan әmәkhaqqının iyirmi faizindәn vә müvafiq qanunvericilikdә nәzәrdә tutulmuş hallarda isә әlli faizindәn artıq ola bilmәz. Әmәkhaqqıdan bir neçә icra sәnәdinә әsasәn mәblәğlәr tutularkәn, bütün hallarda işçinin әmәkhaqqının әlli faizi saxlanmalıdır.

Fәrz edәk ki, işçinin müәssisәyә vurduğu zәrәrә görә onun әmәkhaqqından Müәyyәn mәblәğin tutulması qәrara alınıb vә bu tutulma bir neçә ay davam edәcәk. Bu halda müәssisә rәhbәrliyi işçinin әmәkhaqqından 20%-dәn çox olmamaqla tutulma aparmalıdır. Sadә bir misala baxaq. Tutaq ki, işçinin aylıq әmәkhaqqı 300 manatdır vә işçi ilә maddi mәsuliyyәt haqqında müqavilә imzalanıb. müәyyәn dövr keçdikdәn sonra işçi müәssisәyә 600 manat mәblәğindә ziyan vurub. Zәrәr işçinin sәhlәnkarlığı ucbatından baş verdiyindәn rәhbәrlik ziyanın onun әmәkhaqqından tutulması barәdә әmr verir:

«AA» MMC üzrә

Әmr № ______/İ

Ünvan: (hüquqi vә faktiki « » _____________ 20___ - ci il ünvan tam olaraq yazılmalıdır)

Cәmiyyәtdә aparılan yoxlama zamanı aydın olub ki, __________________ maddi-mәsul şәxs Әliyev Mәmmәd Әli oğlunun işinә sәhlәnkar yanaşması ilә әlaqәdar cәmiyyәtә 600 manat mәblәğindә ziyan dәyib. Bunu nәzәrә alaraq

ӘMR EDİRӘM:

1. İşçi Әliyev Mәmmәd Әli oğlunun әmәkhaqqından hәr ay vurduğu ziyana görә 20% tutulsun.

2. Tutulmuş mәblәğ cәmiyyәtin mühasibatlığında әks olunsun.

3. İşçi Әliyev Mәmmәd Әli oğlu әmrlә tanış olsun.

«AA» MMC-nin direktoru: ___________________________

Tanış oldum: Әliyev Mәmmәd Әli oğlu

«___»_______20_____-ci il.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. E.Yaqubov 31 Yanvar 2020

    Salam. İcra sənədinə görə tutulmalar zamanı əmək haqqından tutulmuş gəlir vergisi, sosial ayırmalar nəzərə alınmalıdırmı?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər