İşçidən uzun müddət öncədən işdənçıxma ərizəsinin alınması qanunidir?

İşçidən uzun müddət öncədən işdənçıxma ərizəsinin alınması qanunidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təəssüf ki, bəzi işəgötürənlər işçiləri işə qəbul edərkən, onlara tarix yerini boş qoymaqla, öz xahişləri ilə işdənçıxma ərizəsi imzalatdırırlar. İşəgötürənlərin işçilərə bu tip ərizələr yazdırmaqda məqsədləri gələcəkdə əmək müqaviləsinə xitam verilərkən hər hansı müavinət ödəmək istəməmələridir.

Eyni zamanda, işçi işdən çıxmaq istəmədiyi hallarda fərdi əmək mübahisələrinin yaranması riskinin qarşısını almaqdır. Fikrimizcə, işəgötürənlər tərəfindən işçilərə bu cür ərizələrin yazdırılması qeyri-etik olmaqla yanaşı, qanunsuzdur. Tövsiyə edirik ki, işçilər işə qəbul olunarkən belə ərizələr yazmasınlar. Əgər yazıblarsa, qanunsuz olaraq işdən çıxarıldıqları halda ərizənin yazılma tarixi ilə bağlı məhkəmə ekspertizasının keçirilməsi haqqında iddia qaldırıb, onu məcburən yazdıqlarını mübahisələndirsinlər.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər