İşçilərin attestasiyadan keçirilməsi məcburidir və hansı inzibati cərimələr tətbiq olunur?
"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə
Əmək Məcəlləsinin 65-ci maddəsində qeyd edilir ki, attestasiyadan keçirilməsinə icazə verilməyən işçilər istisna olmaqla, qalan bütün işçilər attestasiyadan keçirilə bilər.
Göründüyü kimi, maddədə “keçirilməlidir” yox, “keçirilə bilər” ifadəsindən istifadə edilib ki, bu da o anlama gəlir ki, işəgötürən işçilərin attestasiyası qərarını qəbul etməkdə sərbəstdir.
İnzibati Xətalar Məcəlləsinin 192.2-ci maddəsinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə- yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur.
Misal 1. İşəgötürən 8 ay müddətində çalışan işçini attestasiya edərək, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə uyğun olaraq xitam verir. İşçi attestasiya keçirilməsi qaydasının pozulması səbəbindən Dövlət Əmək Müfəttişliyinə şikayət etdiyindən yoxlamalar zamanı işçinin bir il tamam olmamasına baxmayaraq attestasiya olunması təsdiqini tapır. Bu zaman işəgötürən yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
Misal 2. İşəgötürən Attestasiya komissiyasının qərarını əsas tutaraq, işçinin əmək müqaviləsinə xitam verir. İşçi DƏMX-ə müraciət edərək əmək müqaviləsinə düzgün xitam verilməməsi barədə iddia qaldırır. Yoxlamalar zamanı məlum olur ki, komissiyanın işçiyə verdiyi sualların əksəriyyəti onun vəzifəsinə və ya peşəsinə uyğun deyil. İşəgötürənin əmək müqaviləsinə xitamla bağlı qərarı ləğv edilməklə yanaşı, o, işçilərin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə yeddi yüz manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın