İşçinin işdən öz ərizə ilə çıxmasının rəsmiləşdirilməsi (3 Nümünəvi forma)

İşçinin işdən öz ərizə ilə çıxmasının rəsmiləşdirilməsi (3 Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Tutaq ki, işçi öz arzusu ilә işdәn azad olunmaq haqqında әrizә yazıb. Әrizә verildiyi gündәn bir tәqvim ayı bitdikdәn sonra işçi işә çıxmamaq vә son haqq-hesabının aparılmasını tәlәb etmәk hüququna malikdir. Bu zaman iki haldan biri baş verә bilәr. İşәgötürәn ya әrizәni aldıqdan sonra yeni işçi ilә razılığa gәlib, bu haqda işçini mәlumatlandıra, ya da bir ayın bitmәsini gözlәyib, әgәr işçi bu müddәtdә fikrini dәyişmәzsә, onun müqavilәsini ay bitdikdәn sonra lәğv elәyә bilәr.

(Mәlumatın nümunәvi forması)

“Alov” MMC-nin baş mühәndisi Ağayev İlham Qәhrәman oğluna

Xәbәrdarlıq

Baş mühәndis vәzifәsinә yeni işçinin götürülmәsi ilә bağlı razılığa gәlinmәsi barәdә

İşdәn çıxmaqla bağlı 15 iyun 2019-cu il tarixli әrizә tәqdim etdikdәn sonra müәssisәdә işin normal gedişinin tәmin olunması mәqsәdi ilә Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 69-cu maddәsinin 4-cü hissәsinә uyğun olaraq, Sizinlә bağlanılmış ____ ________ 20___-ci il tarixli, ___№-li әmәk müqavilәsinә xitam verilәcәyi 15 iyul 2019-cu il tarixindәn baş mühәndis vәzifәsinә yeni işçinin götürülmәsi ilә bağlı Qasımov Sultan Kamil oğlu ilә razılığa gәlinmişdir.  Bu mәlumatı nәzәrә almağınızı xahiş edirәm.

Kadrlarla iş şöbәsinin müdiri _________ Ağazadә N.H.

20 iyun 2019-cu il

Xәbәrdarlıqla tanış oldum: __________ Ağayev İ.Q.

20 iyun 2019-cu il

Әgәr belә bir xәbәrdarlıq yazılı şәkildә işçinin diqqәtinә çatdırılmamışsa, o zaman işçi bir ay tamam olanadәk әrizәsini geri götürә bilәr.

“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna Baş mühәndis Ağayev İlham Qәhrәman oğlu tәrәfindәn

ӘRİZӘ

Xahiş edirәm, işdәn azad olunmaqla bağlı 15 iyun 2019-cu il tarixli әrizәmi etibarsız hesab edәsiniz.

__________ Ağayev İ.Q.

13 iyul 2019-cu il

(İşçinin öz arzusu ilә işdәn azad olunmaqla bağlı әrizәsindәn bir ay sonra verilәn әmrin nümunәvi forması)

Blank “Alov” MMC

ӘMR №________

Gәncә şәhәri ___ ___________________2019-cu il

Әmәk müqavilәsinin lәğv edilmәsi haqqında

ӘMR EDİRӘM:

1. Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 68-ci maddәsinin ikinci hissәsinin “a” bәndinә әsasәn, Kadrlarla iş üzrә mütәxәssis Әliyev İlham Qәhrәman oğlu ilә bağlanılmış ____ ______201__-ci il tarixli, ____№-li әmәk müqavilәsinә işçinin öz xahişi ilә 15 iyul 2019-cu il tarixindәn xitam verilsin.

2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı işçi ilә son haqq-hesabın aparılmasını tәmin etsin.

3. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Ağazadә Nazlı Hәsәnağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Sәlimova S.S.

__________ Әliyev İ.Q.

15 iyul 2019-cu il

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

7 Komment

  1. Afaq 14 Noyabr 2019

    Salam, təşəkkürlər ki, bizi Əmək məcəlləsi ilə məlumatlandırırsınız. Bilmək istərdim ki, AR ƏM-nin 68.2 a maddəsi ilə işçinin əmək müqaviləsinə xitam verilməsi nə qədər uyğundur. Mənim bildiyimə görə AR ƏM 68.2 a bəndi əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanıb Sizdən xahiş edirəm ki, sorğumu cavablandırasınız. Təşəkkürlər.

  2. Nezerov Vuqar Hesen oglu 26 Fevral 2020

    Salam. 10aydir isleyirem. Mezuniyyete de gede bilmemisem. İki sualim var: 1) meni isden cixarsalar mene ne qeder pul vermelidirler? 2) ozum cixsam ne qeder pul vermelidirler? Resmi maasim 334azn, maas kartina yuklenen ise 650azn.

  3. Anar 26 May 2020

    İşci işə qəbul olunub və ya çıxdıqda ərizəsini özü yazılı sürətdə təqdim etməlidir yoxsa A4 kağızında çap edib,imzasını qoysada olar?

  4. [email protected] 03 Sentyabr 2021

    Işlediyim müddet erzinde izahatım ve ya töhmetim olmayıbsa, mene xeberdarlıq etmeden meni 70ci maddenin ç bendi ile işden azad ede bilerlermi? Ve eks halda men ne etmeliyem?

  5. [email protected] 17 Dekabr 2021

    5 ILDIR BIR ŞIRKETDE IŞLEYIREM.NÖVBƏLI IŞ REJIMINDE.Maaşim250m olub.HEC VAXT MƏZUNIYYƏTDƏ OLMAMIŞAM.IŞDƏN ÖZ ARZUMLA CIXDIQDA NƏ QƏDƏR PUL ALMALIYAM.TƏŞƏKKŪR EDIRƏM.

  6. solmaz 18 May 2022

    Salam, işçi öz ərizəsində, məzmunda işdən çıxma tarixini göstəribsə, (məs. 10 may 2022-ci il tarixdən öz xahişim ilə işdən azad edəsiniz) və bu ərizəni 8 may 2022-ci il tarixində imzalayıbsa, 1 ay xəbərdarlıq müddəti mütləq olmalıdır, yoxsa işəgötürən 10 may tarixindən işçini azad edə bilər? Sizdən xahiş edirəm ki, sorğumu cavablandırasınız.

  7. Niyazi Abasov 15 Avqust 2022

    Salam.işçi işden çıxması üçün müraciet etdikde,şirket ondan erizede tarixin qoyulmamasını teleb ede biler? Ve teleb ederse,işçide erizesinde tarix qoymadan gönderse,1 ay iş qrafiki ile işde olarsa,işçi erize yazdıqdan 1 ay sonra işe getmemek ixtiyarı var? Zehmet olmazsa cavablandırardınız.

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər