Departament müdiri işçisinə intizam tənbehi verə bilər?

Departament müdiri işçisinə intizam tənbehi verə bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Bəzən təcrübədə rast gəlinir hər hansı şöbə və ya department müdiri öz işçisinə intizam tənbehi tətbiq edir. Misal üçün, satış şöbəsinin müdiri satış göstəricilərinin zəif olması səbəbindən satış işçisinə töhmət verir.

Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci hissəsinə əsasən, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Amma mümkündür ki, müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə etsin. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.

Misalımızda satış departamentinin rəhbəri işçiyə o zaman intizam tənbehi verə bilər ki, işəgötürən ona həmin səlahiyyəti vermiş olsun. Ola bilər ki, işəgötürən yalnız bir intizam tənbehi səlahiyyətini başqa vəzifəli şəxsə vermiş olsun. Bir məsələni də diqqətdə saxlamaq lazımdır ki, xəbərdarlıq intizam tənbehi növü sayılmadığı üçün şöbə, departament və ya filial müdiri işçilərinə şifahi və yazılı xəbərdarlıq edə bilərlər.

Misal. Filial müdiri işə gec gələn işçisinə töhmət verilməsi haqqında əmr imzalayır. Amma işəgötürən tərəfindən işçiyə hər hansı belə səlahiyyət verilməyib. Əmək Məcəlləsinin 189-cu maddəsinin üçüncü hissəsinə əsasən, qaydaların əksinə olaraq işçiyə intizam tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs  tərəfindən verilibsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir. Göründüyü kimi filial müdiri tərəfindən işçiyə verilən töhmətin hüquqi qüvvəsi yoxdur.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın