Altıgünlük iş rejimin müəyyən olunmasında VACİB MƏQAMLAR

Altıgünlük iş rejimin müəyyən olunmasında VACİB MƏQAMLAR

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Təcrübədə rast gəlirik ki, işəgötürən altı günlük əmək haqqı müəyyən edir. Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Maddədən göründüyü kimi,  hər hansı işəgötürən altıgünlük iş rejimi təyin edə bilməz. Bu qərarın verilməsi üçün xüsusi əsaslandırma vəya Nazirlər Kabinetinin qərarı olmalıdır.

Əmək Məcəlləsinin Altıgünlük iş rejimin müəyyən olunması üçün müəyyən tələblər gözlənilməlidir:

  • Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan çox ola bilməz;

 Misal 1. İşəgötürən qərar verir ki, işçi həftənin ilk beş günü 7 saat və şənbə günü isə 5 saat olaraq işləsin. Göründüyü kimi, həftəlik iş norması 40 (7 saat x 5 iş günü+ 5 saat x 1 işgün) saat olduğu, gündəlik iş norması da 7 saatdan çox olmadı. 

  • həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan ola bilməz;

 Misal 2. İşəgötürən qərar verir ki, işçi həftənin beş iş günündə 6 saat, şənbə gününda isə 5 sat işləsin. Bu halda həftəlik iş norması 35 (6 saat x 5 iş günü+ 5 saat x 1 işgün) saat olduğu, gündəlik iş norması da 6 saatdan yuxarı müəyyən edilmədi. 

  • Həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.

 Misal 3. İşəgötürən qərar verir ki, işçi həftənin altı iş günündə 4 saat işləsin. Bu halda həftəlik iş norması 24 (4 saat x 6 iş günü) saat olur və gündəlik iş norması da 6 saatdan yuxarı müəyyən edilmir..

Göründüyü kimi, işəgötürən altıgünlük iş saatından həftəlik iş normasına uyğun gündəli iş saatları da müəyyən etməlidir. Misal üçün, əmək qanunvericiliyi həftəlik iş saatını 36 saat  olduğu halda işçinin normal iş saatı 7 saat müəyyən edilməsinə icazə vermir.

Sonda bir məsələni qeyd edək ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin ikinci hissəsinə əsasən, atıgünlük iş həftəsi ilə işləyən müəssisələrdə bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti 6 saatdan çox ola bilməz.  Maddədən göründüyü kimi, işəgötürən heç bir halda şənbə günü 6 saatdan çox iş vaxtı müəyyən edə bilməz.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər