Sənədlərdə imzanın qeyd edilməsi necə həyata keçirilməlidir?

Sənədlərdə imzanın qeyd edilməsi necə həyata keçirilməlidir?

Qalib Toğrulun müəllifi olduğu, hazırda satışı davam edən “A-dan Z-yə Kargüzarlıq” kitabından növbəti seçmə

Әvvәlcә baxaq imza dedikdә, nә başa düşülür? “Dövlәt orqanlarında, dövlәt mülkiyyәtindә olan vә paylarının (sәhmlәrinin) nәzarәt zәrfi dövlәtә mәxsus olan hüquqi şәxslәrdә vә büdcә tәşkilatlarında kargüzarlığın aparılmasına dair Tәlimat” görә, imzanın tәrkibinә sәnәdi imzalamış şәxsin vәzifәsinin adı, onun şәxsi imzası, adı vә soyadı daxildir.

Nümunә:

Azәrbaycan Milli Elmlәr Akademiyasının
İqtisadiyyat İnstitutunun direktoru ______________ Nazim İmanov
Tarix: ________

Әgәr sәnәd qurumun blankında tәrtib olunmamışsa, yuxarıda göstәrilәn qaydada, yәni sәnәdi imzalayanın vәzifәsi tam şәkildә göstәrilmәklә imza vә tarix qoyulur. Blankda rәsmilәşdirilmiş sәnәdlәrdә imza qoyanın vәzifәsi qısa şәkildә yazılır vә imzanın altında tarix qoyulmur, çünki tarix yuxarıda blank rekvizitlәrinin altında qeyd olunur.


Nümunә:

Direktor _____________ Nazim İmanov 

Vә yaxud:

İnstitutun direktoru __________ Nazim İmanov

Göründüyü kimi vәzifәdәn sonra iki nöqtә vә ya digәr hәr hansı durğu işarәsi dә qoyulmur.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər