İşəgötürən natamam iş vaxtı hansı məqamlara diqqət yetirilməlidir?

İşəgötürən natamam iş vaxtı hansı məqamlara diqqət yetirilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Fikrimizcə, tam, həmçinin qısaldılmış iş vaxtı haqqında kifayət qədər məlumat verdik. İndi isə işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilən natamam iş vaxtı haqqında vacib məqamlara diqqət yetirək. Əmək Məcəlləsinin 94-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər.

Bəzi mütəxəssislər hesab edir ki, natamam iş vaxtı ilə əlavə iş yeri ilə qarışdırılar. Yəni belə fikir var ki, işçinin natamam iş vaxtı ilə əsas iş yerində çalışmasınlar. Xeyr, natamam iş vaxtı həm əsas həm əlavə iş yerində müəyyən edilə bilər.

Misal 1. İşəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən gündəlik 3 saatlıq natamam iş vaxtı müəyyən edir. Əmək müqaviləsinə əsasən işçi saat 10:00-dan 13:00-a kimi müəyyən edilir.

Misal 2. İşəgötürən işçi ilə əsas iş yeri üzrə əmək müqaviləsi bağlayarkən həftəlik 30 saatlıq natamam iş vaxtı müəyyən edilir.  Əmək müqaviləsinə əsasən işçi həftə ərzində 30 saatlıq iş vaxtı ilə çalışmalıdır yəni konkret günlər üzrə konkret iş vaxtları müəyyən edilmir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər