Altay Cəfərovun təqdimatında: Həmkarlar ittifaqına üzvlüyün müəyyən olunması və ödənilməsi

Altay Cəfərovun təqdimatında: Həmkarlar ittifaqına üzvlüyün müəyyən olunması və ödənilməsi

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Maddә 1. Әsas anlayışlar Hәmkarlar ittifaqları istehsal vә ya qeyri-istehsal sahәlәrindә çalışan işçilәrin, habelә pensiyaçıların vә tәhsil alan şәxslәrin әmәk, sosial, iqtisadi hüquqlarının vә qanuni mәnafelәrinin müdafiәsi üçün iş yeri, peşәlәr, sahәlәr üzrә vә respublika sәviyyәsindә fәrdi üzvlük prinsipi әsasında könüllü birlәşdiyi, nizamnamәlәri vә bu Qanun әsasında fәaliyyәt göstәrәn müstәqil ictimai, qeyrisiyasi tәşkilatdır.

Maddәdәn tam aydın olur ki, işçilәr hәr hansı bir hәmkarlar itifaqına könüllülük prinsipi әsasında üzv ola bilәrlәr. Bunu işәgötürәn yox, işçilәr etmәlidirlәr. Üzvlük haqqının mәblәği qanunla müәyyәnlәşdirilmәyib. Mümkündür ki, “A” müәssisәsindә hәmkarlar tәşkilatına üzvlük haqqı 1%, “S” müәssisәsindә isә üzvlük haqqı 3% olsun. Nazirlәr Kabinetinin 227 saylı, 12 oktyabr 2012-ci il qәrarı ilә Azәrbaycan Respublikasının Nazirlәr Kabineti, Azәrbaycan Hәmkarlar İttifaqları Konfederasiyası vә Azәrbaycan Respublikası Sahibkarlar (İşәgötürәnlәr) Tәşkilatları Milli Konfederasiyası arasında 2012-2013-cü illәr üçün bağlanmış Baş Kollektiv Sazişә dәyişiklik edildikdәn sonra üzvlük haqqının ödәnilmәsi müddәti dәqiqlәşdirilib. Dәyişikliyә qәdәr vergilәrin, DSMF-ә ödәnişlәrin son vaxtı qanunla müәyyәnlәşdirilmişdi, amma hәmkarlara üzvlük haqlarının vaxtı müәyyәn edilmәmişdi. Bir çox dövlәt orqanları bu boşluqdan istifadә edәrәk üzvlük haqqlarını ödәmirdilәr. Son müddәt müәyyәn olunmadığından ödәnişlәrin gecikdirilmәsinә görә cәrimәlәr tәtbiq oluna bilmirdi. Qeyd edilәn tarixdәki dәyişiklikliyә görә, artıq bu ay hesablanılmış üzvlük haqqı növbәti ayın birinci 4 iş günü müddәtindә ödәnilmәlidir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın