İstənilən həkim işçiyə xəstəlik vərəqəsini təqdim edə bilər?

İstənilən həkim işçiyə xəstəlik vərəqəsini təqdim edə bilər?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarda xəstəlik vərəqəsini vermək hüququna malik olan həkimlər haqqında məlumat verilib. Həmin qərarda qeyd edilir ki,  işçilərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri təqdim etmək etmək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə yuxarıdakı səhiyyə idarələri tərəfindən nəzarət olunmalıdır. Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

Qərardan göründüyü kimi, bu tip xəstəlik vərəqəsini bütün həkimlər təqdim edə bilməz.

Həkimlərlə bağlı digər məqam isə həmin şəxlərin necə günlük xəstəlik vərəqəsi vermək hüququna malik olmalarıdır. Qərarda qeyd edilir ki, həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər.

Bəs, uzunmüddətli xəstəlik vərəqəsini vermək səlahiyyətinə kimlər malikdir? Qaydalarda qeyd edilir ki, bu prosses müalicə həkimi tərəfindən aparılır, amma bir şərtlə. Şərt odur ki, müalicə həkimi yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra xəstəlik vərəqəsini 6 gün və daha çox müddətə verə bilər. Bir məsələni də qeyd edək ki, ixtisaslar üzrə şöbələri olan müalicə idarələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın