Əmək haqqının gec ödənilməsinə cərimə hansı halda hesablanır? (Misallarla izah)
Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə
Hәr iki halla bağlı bir neçә misalı nәzәrdәn keçirәk.
Tutaq ki, işçilәrin aylıq әmәkhaqqı 1500 manat tәşkil edir vә tәşkilatın bank hesabında vәsaiti var. Әmәk müqavilәlәrindә göstәrilib ki, tәşkilat aylıq әmәkhaqqını növbәti ayın 3-ә kimi ödәmәlidir. Amma tәşkilatın mühasibatlığı әmәkhaqqını hesablamayıb, tәşkilat rәhbәrliyi qәsdәn әmәkhaqqının ödәnilmәsini gecikdirir. Ayın 10-da, 7 gün gecikmә ilә işçilәrin әmәkhaqqı ödәnilib. Aydındır ki, gecikmә işәgötürәnin günahı üzündәn baş verdiyindәn 15 manat (1500x 0,01) faiz hesablanmalı vә işçilәrin әmәkhaqqına әlavә olunmalıdır.
İndi isә hesab edәk ki, әmәkhaqqının ödәnmәsi tәşkilatın bank hesabında vә kassasında vәsaitin olmaması sәbәbindәn gecikdirilir. Eyni zamanda, tәşkilatın xeyli mәblәğdә debitor borcları olduğundan әmәkhaqqını ödәyә bilmir. Bu zaman gecikmә üçün әmәkhaqqına faiz hesablanılmır. Etiraf edәk ki, tәcrübәdә әmәkhaqqının gecikmәsinә görә faizin hesablanılmasına çox nadir hallarda rast gәlirik. Tәbii ki, heç bir sahibkar işçinin әmәkhaqqını istәyәrәk gecikdirmir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın