Məzuniyyətin başqa vaxta keçirilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Məzuniyyətin başqa vaxta keçirilməsi necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Mәzuniyyәtin vaxtının dәyişmәsi әrizәsinin yazılması ilә bağlı Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsindә hәr hansı müddәt nәzәrdә tutulmayıb. Eyni zamanda, әrizәnin standart forması da yoxdur, işçi onu әlyazma şәklindә yaza vә ya komputerdә yığıb çap edә bilәr. Tәşkilatın rәhbәri işçinin әrizәsi üzәrinә müsbәt dәrkәnar qoyduqdan sonra kadrlarla iş şöbәsi müvafiq әmrin layihәsini hazırlayıb tәsdiq üçün tәqdim edir. Әmrin nümunәvi forması aşağıdakı kimi olacaq:

Blank “Alov” MMC

ӘMR №________

Xaçmaz şәhәri                      ___ _________________2019-cu il

2019-cu il üçün әmәk mәzuniyyәtlәrinin növbәlilik qrafikinә dәyişiklik edilmәsi haqqında

Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 133-cü maddәsinin 4- cü bәndinә, 134-cü maddәsinin 1-ci bәndinә vә marketinq şöbәsinin işçisi Quliyev Rza Әşir oğlunun ___ ________2019-cu il tarixli әrizәsinә uyğun olaraq

ӘMR EDİRӘM:

1. Marketinq şöbәsinin işçisi Quliyev Rza Әşir oğlunun 2019-cu il üçün mәzuniyyәtlәrin növbәlilik qrafikindә 01 iyun 2019-cu il tarixindәn 30 iyun 2019-cu il tarixinәdәk nәzәrdә tutulmuş 30 tәqvim günü әmәk mәzuniyyәti (әsas vә әlavә mәzuniyyәt müddәti göstәrilmәklә) 01 aprel 2019-cu il tarixindәn 30 aprel 2019-cu il tarixinәdәk olan dövrә keçirilsin.

2. İşçinin işә başlama tarixi 01 may 2019-cu il hesab edilsin.

3. Kadrlarla iş şöbәsinin müdiri Nağıyeva Nazlı Sәmәdağa qızı ____ ________2019-cu il tarixli, _____№-li әmrlә tәsdiq edilmiş әmәk mәzuniyyәtlәrinin növbәlilik qrafikindә müvafiq dәyişikliyi hәyata keçirsin.

4. Baş mühasib Sәlimova Sultanә Sahib qızı әmrin icrasından irәli gәlәn maliyyә mәsәlәlәrini hәll etsin.

5. Әmrin icrasına nәzarәt Kadrlarla iş şöbәsinin müdiri Nağıyeva Nazlı Sәmәdağa qızına hәvalә olunsun.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Sәlimova S.S.

Tarix: ________

__________ Quliyev R.Ә.

Tarix: ________

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər