Əmək məzuniyyət hüququ yaranmayan işçiyə kompensasiya ödənilməlidir?

Əmək məzuniyyət hüququ yaranmayan işçiyə kompensasiya ödənilməlidir?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

İşəgötürənlərdə belə bir fikir formalaşıb ki, işçinin məzuniyyəti hüququnu yaranmaya qədər işdən azad olunarsa, ona məzuniyyət haqqı ödənilməli deyil. Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən,  işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.

Misal. İşçi 01 avqust 2019-cu il tarixdə işə daxil olmasına baxmayaraq sınaq müddətində özünü doğrultmaması səbəbindən 31 oktyabr 2019-ci il tarixdə əmək müqaviləsinə xitam verilir. Göründüyü kimi, 21 gün məzuniyyət hüququ olan  işçinin çalışdığı dövr cəmi 3 ay təşkil edib. Hansı ki, işçinin məzuniyyəti hüququ 6 aydan sonra yəni 01 fevral 2020-ci il tarixdən yaranacaqdı. Amma işəgötürən işçinin məzuniyyət hüququ yaranmamasına baxmayaraq, istifadə etməmiş məzuniyyətə görə kompenasiya ödəməlidir. İşçiyə 3 aya görə  5,25 gün ((21 gün x 3 ay)/12 ay) məzuniyyət haqqı ödənilməlidir.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər