Analıq məzuniyyətdən qayıdan işçi əmək məzuniyyətinə çıxması necə tənzimlənir?

Analıq məzuniyyətdən qayıdan işçi əmək məzuniyyətinə çıxması necə tənzimlənir?

Sərbəst auditor Altay Cəfərovun müəllifi olduğu və satışı davam edən "Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) kitabından seçmə

Praktikada rast gəldiyimiz halla bağlı misalı nəzərdən keçirək. Tutaq ki, işçinin əmək məzuniyyətinin iş ili may 2018 - may 2019-cu ilə təsadüf edir. İşçi 2018-ci ilin dekabrından 2019-cu ilin aprelin 14-ə qədər analıq məzuniyyətində olub. Belə olan halda  işçi 2019-cu ilin mayında məzuniyyətə çıxa bilərmi? Bu halda haqq-hesab necə hesablanır? 4 ay analıq məzuniyyətində olduğu müddət boş hesablanacaqmı?

Əmək qanunvericliyində belə bir məhdudiyyət yoxdur ki, işçi analıq məzuniyyətindən qayıdandan sonra əmək məzuniyyətini ala bilməsin. İşçi may ayında əmək məzuniyyətindən istifadə edə bilər. Analıq məzuniyyətində olan dövrdəki aylar dövr kimi nəzərə alınacaq, həmçinin analıq məzuniyyət pulu gəlir kimi götürüləcək, yəni, 12 ayın daxilində aylar kimi hesablanılacaq.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

5 Komment

  1. Nuranə 06 Avqust 2020

    Salam,işçi əmək məzuniyyətində olduqda doğuşa görə əmək qabiliyyətinin olmaması vərəqəsi alıbsa onun məzuniyyət günləri necə hesablanacaq?Vərəqənin verildiyi tarixə kimi əmək məzuniyyətinin qalan günlərinin analıq məzuniyyətinin son günün üzərinə gəlinib cəmlənməsi doğrudur mu?

  2. Gulnar Ahmedova 17 Oktyabr 2021

    Salam.Bes eksine hal mumkundurmu?Yeni işçi 6 ayı tamam olub emek mezuniyyeti goturub işe qayitmadan analıq mezuniyyetine çıxa bilermi?

  3. Gözəlova Şərqiyyə 21 Aprel 2022

    İşçi 2 ildən artıq analıq məzuniyyətində olub. Qayıdan kimi öz xahişi ilə işdən azad olunur. Əgər işçinin istifadə olunmayan 18 gün əmək məzuniyyəti varsa orta aylıq əmək haqqı necə hesablanmalıdır? Nəzərə alsaq ki, son 12 ayda ona əmək haqqı hesablaması olmayıb, yalnız 3 yaşa qədər uşağa qulluğa görə müavinət alıb.

  4. Mustafayev İzzət 25 İyul 2022

    İşçi 7 ildən artıq analıq məzuniyyətində olub. Qayıdan kimi öz xahişi ilə işdən azad olunur. Əgər işçinin istifadə olunmayan x gün əmək məzuniyyəti varsa orta aylıq əmək haqqı necə hesablanmalıdır?

  5. Abdulova 23 Sentyabr 2022

    Salam analıq məzuniyyətindən geri qayıtma yazıb işə çıxmadan əmək məzuniyyəti götürmək olar?

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər