Əmrlərin qeydiyyatı kitabının hazırlanmasında İNCƏ MƏQAM

Əmrlərin qeydiyyatı kitabının hazırlanmasında İNCƏ MƏQAM

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

İşçilәrinin sayı çox olan böyük tәşkilatlarda kadrlarla bağlı әmrlәrin sayı da çox olur. Ona görә dә әmrlәrin müxtәlifliyi nәzәrә alınaraq qeydiyyat hәyata keçirilir. Belә tәşkilatlarda işә qәbul, işdәn azad olunma әmrlәri ayrı, mәzuniyyәt, ezamiyyәt әmrlәri ayrı qeydә alına bilәr. 
Yuxarıda tәqdim olunanlardan vә praktikadan çıxış edәrәk aşağıdakı suala cavab vermәyә çalışaq: Ayrıca qeydiyyat jurnalını yaratmaq üçün söylәnilәnlәrdәn hansı daha әhәmiyyәtlidir? Bu sualın birmәnalı cavabı belәdir: Sәnәdlәrin sayı.

Tutaq ki, siz qanunvericilikdә 5 illik saxlama müddәti tәlәb olunan bütün әmrlәri (daxili ezamiyyә, mәzuniyyәtlәrin tәqdimi, inzibati tәnbeh, mәzuniyyәtdәn geri çağırılma, işçinin işәgötürәn tәrәfindәn istehsalatdan ayrılmaqla әlavә tәhsil müәssisәlәrinә göndәrilmәsi vә sair) birlikdә bir kitabda qeydә alırsınız. İlin yarısında görürsünüz ki, qovluq o dәrәcәdә şişib ki, ondan istifadә etmәk çәtinlәşib. Qovluğu vәrәqlәyirsiniz, aydınlaşdırırsınız ki, әmrlәrin daha çox hissәsi mәzuniyyәtlәrin verilmәsi ilә bağlıdır. Bu zaman nә etmәli? Mәzuniyyәt әmrlәrinin qeydiyyatı ilә bağlı ayrıca kitab tutulmalı vә belә әmrlәr ayrıca qovluqda mühafizә olunmalıdır. Ancaq yeni qeydiyyat kitabı açmağa tәlәsmәyin, növbәti tәqvim ilini gözlәyin, ilin ortasında yeni kitab açmağa vә qovluq tutmağa ehtiyac yoxdur.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

0 Komment

    Şərh yazın