Əvəzetmə necə rəsmiləşdirilməlidir? (Ərizə və əmrin nümünəvi forması)

Əvəzetmə necə rəsmiləşdirilməlidir? (Ərizə və əmrin nümünəvi forması)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Qanunvericilik boş vәzifәnin icrasının işçi ilә razılaşdırılmasını tәlәb edir ki, bu, xidmәti yazının sonunda nәzәrә alınıb. Mümkündür ki, işçi birbaşa işәgötürәnin adına әrizә yazmaqla işdә olmayan işçinin vәzifә öhdәliklәrinin icrasına razılığını bildirsin.

“Alov” MMC-nin direktoru Nәbili Nüsrәt Nadir oğluna
әmәk haqqı mәsәlәlәri üzrә mühasib Ağayeva Nәrminә Bahadur qızı tәrәfindәn

ӘRİZӘ

___ _________2019-cu il tarixdәn ____ ___________2019-cu il tarixәdәk müddәtdә növbәti әmәk mәzuniyyәtindә olan “Alov” MMC-nin kassiri Acalova Asudә Bәhruz qızının vәzifә funksiyalarının icrasını әsas işimdәn ayrılmamaqla yerinә yetirmәyә razıyam.

__________ Ağayeva N.B.

15 iyul 2019-cu il

Әmrin nümunәvi forması

Blank “Alov” MMC

ӘMR №________

Gәncә şәhәri                             ____ ___________________2019-cu il

Başqa işçinin әmәk funksiyalarının icrası barәdә “Alov” MMC-nin baş mühasibi Sәlimova Sultanә Sahib qızının 15 iyul 2019-cu il tarixli xidmәti yazısına әsasәn

ӘMR EDİRӘM:

1. Azәrbaycan Respublikasının Әmәk Mәcәllәsinin 61-ci maddәsinә uyğun olaraq, “Alov” MMC-nin kassiri Acalova Asudә Bәhruz qızının әmәk mәzuniyyәtindә olduğu ___ _________2019-cu il tarixdәn ____ ___________2019-cu il tarixәdәk olan müddәtdә onun sәlahiyyәtlәrinin icrası әsas işindәn ayrılmamaq şәrti ilә әmәk haqqı mәsәlәlәri üzrә mühasib Ağayeva Nәrminә Bahadur qızına hәvalә olunsun.

2. Baş mühasib Sәlimova Sultanә Sahib qızı işdә olmayan işçinin sәlahiyyәtlәrinin icrası ilә bağlı Ağayeva Nәrminә Bahadur qızına kassirin vәzifә maaşının 50 (әlli) faizi hәcmindә әlavә әmәk haqqı ödәnilmәsini tәmin etsin.

Direktor _______ Nәbili N.N.

Әmrlә tanış oldum:

__________ Sәlimova S.S.

15 iyul 2019-cu il

__________ Ağayeva N.B.

15 iyul 2019-cu il

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 

0 Komment

    Şərh yazın