Əmək Məcəlləsi kimlərin xidməti ezamiyyətə göndərilməsinə məhdudiyyət qoyur?

Əmək Məcəlləsi kimlərin xidməti ezamiyyətə göndərilməsinə məhdudiyyət qoyur?

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

Əmək Məcəlləsi bəzi kateqoriyalı şəxslərin ezamiyyəyə göndərilməsinə məhdudiyyətlər nəzərdə tutub. Əmək Məcəlləsinin 242-ci maddəsinə əsasən, hamilə qadınların və 3 yaşına çatmamış uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yol verilmir. Həmçinin, Məcəlləsinin 254-cü maddəsinə əsasən, yaşı 18-dən az olan olan işçilərin ezamiyyətə göndərilməsi qadağandır.
Bundan əlavə, bəzi işçilər var ki, onların ezamiyyətə göndərilməsi yalnız özlərinin yazılı razılıqları əsasında mümkündür. Məcəlləsinin 242-ci maddəsinə əsasən, 3 yaşından 14 yaşınadək uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınların ezamiyyətə göndərilməsinə yalnız onların razılığı ilə yol verilir.
Misal. “A” MMC-nin satış meneceri vəzifəsində çalışan xanım işçisinin 2 yaşında ovladı var. Həmin işçinin ezamiyyə göndərilməsi hətta özünün yazılı razılığı olduqda belə qadağandır. Misalın davamı kimi hesab edək ki, 5 yaşında övladı olan digər satış mencerininin razılığı olduqda ezamiyyətə göndərilə bilər. Bir məsələni qeyd edək ki, bu cür hallar sırf qadınlara aiddir, qeyd edilən yaşda övladı olan və ya onları təkbaşına böyüdən kişi işçilərin belə üstünlüyü yoxdur.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər