Əmək qabiliyyətini müvəqqəti itirən işçi öncədən işəgötürəni məlumatlandırmalıdır? (RƏSMİ CAVAB)

Əmək qabiliyyətini müvəqqəti itirən işçi öncədən işəgötürəni məlumatlandırmalıdır? (RƏSMİ CAVAB)

"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə"dən seçmə

İşəgötürənlərin bir çətinliyi də işçinin əmək qabiliyyətini müvəqqəti itirməsinin başlanğıc tarixini öncədən müəyənləşdirməklə bağlıdır. İstər Əmək Məcəlləsində, istərsə də Nazirlər Kabinetinin qaydalarında işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi haqqında işəgötürəni məlumatlandırması haqqında hər hansı qeyd yoxdur.
Misal. “A” MMC-nin xəzinədarı işə vaxtında gəlmir və zəng edərək bildirir ki, əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə işə çıxa bilməyəcək, tam sağaldıqdan sonra işə çıxmaması haqqında xəstəlik vərəqəsini işəgötürənə təqdim edəcək. Təbii ki, bu cür hallarda artıq işəgötürənin işini planlaşdırması ilə bağlı problemləri yaranır.
Mks.az saytı olaraq bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) aşağıdakı məzmunda sualla rəsmi şəkildə müraciət etmişik: “Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, işçi əmək qabiliyyətini müvəqqəti itirməsi halında işə gəlməmək hüququndan istifadə edir. Adətən işçinin əmək qabiliyyətini itirməsi onun sağaldıqdan sonra təqdim etdiyi sənəd əsasında müəyyən olunur. İşəgötürən işçidən əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi öncədən tələb etmək hüququna malikdir, yoxsa işçi tam sağaldıqdan sonra sənədi təqdim etməlidir?”
Sualımıza ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin imzaldığı 23 avqust 2019-cu il tarixli məktubla aşağıdakı cavab verilib: “İşçinin əmək qabiliyyətini itirməsi ilə bağlı sənədi hansı müddət ərzində təqdim edilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 yanvar 1993-cü il tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 33-cü və 34-cü hissələrinə əsasən Xəstəlik vərəqələri stasionar müalicəsindən başqa əmək qabiliyyətinin itirilməsi təyin olunduğu gündən verilir. Əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin “davamını” verir.Birinci xəstəlik vərəqəsində isə “işə başlamalı” qrafasında xəstəlik vərəqəsinin “davamını” verməsi haqqında qeyd edir.”
Rəsmi cavabda işçinin xəstəlik kağızını hansı müddətdə təqdim etməsi barədə konkret müddət göstərilmir. Təcrübədə işçilər əmək qabiliyyətlərini müvəqqəti itirmələri haqqında öncədən şifahi məlumat verirlər və sağaldıqdan sonra xəstəlik vərəqəsini işəgötürənə təqdim edirlər. İşəgötürən də həmin xəstəlik vərəqəsi üzrə hesablamaları həyata keçirir.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "A-dan Z-yə Kargüzarlıq" (II nəşr)  artıq SATIŞDA

 

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 və ya [email protected]

 İstənilən ünvana çatdırılma ÖDƏNİŞSİZ həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək məqsədilə poçt xərcini təşkilatımız ödəyir.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (ödənişi hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından həyata keçirməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın