Ərizələrin növləri və istifadə qaydaları
Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
Müәssisәlәrdә kadr әrizәlәrini istifadә tezliyinә görә 3 qrupa bölmәk olar:
I qrup
- İşә qәbul әrizәsi;
- Öz xahişi ilә işdәn azad olunma әrizәsi.
II qrup
- Әmәk mәzuniyyәtinә çıxmaqla bağlı әrizә;
- Öz hesabına mәzuniyyәtә çıxmaqla bağlı әrizә;
- Әmәk kitabçasından çıxarışın alınması ilә bağlı әrizә.
III qrup
- Başqa işә keçirilmә әrizәsi;
- Hamilәliyә vә doğuma görә mәzuniyyәt әrizәsi;
- Uşağa qulluqla bağlı qismәn ödәnişli mәzuniyyәt әrizәsi;
- Maddi kömәklә bağlı әrizә vә sair.
Bu siyahıda әn vacib vә daha çox istifadә olunan kadr әrizәlәrinin adları әks etdirilib. Onların payını belә bölmәk olar: I qrup – 50%, II qrup 40%, III qrup – 10%.
İşlәdiyiniz şirkәtin xüsusiyyәtindәn asılı olaraq siyahıya digәr әrizә nümunәlәrini dә daxil edә bilәrsiniz. Yәqin razılaşarsınız ki, istәnilәn müәssisәdә öz xahişi ilә işdәn azad olunma әrizә blankından hamilәliyә vә doğuma görә әrizә blankından 5 dәfә çox istifadә olunur.
Yaxşı olar ki, kadrlarla iş şöbәsindә görünәn yerdә әrizә formalarından ibarәt stend asılsın. Әmәkdaş onun qarşısında qoyulmuş stol arxasında әylәşmәklә özünә lazım olan әrizә nümunәsindәn istifadә edә bilsin. Eyni zamanda, әmәk müqavilәsinin, tam maddi mәsuliyyәt haqqında müqavilәnin dә doldurulmuş formaları göz qabağında olsa yaxşıdır. Bu, hәm dә o mәnada yaxşıdır ki, işçiyә әsas hüquq vә öhdәliklәrini xatırladır.
Belә nümunәlәrdә xüsusi әhәmiyyәtli hissәlәrin parlaq rәnglәrlә vә cümlәnin sonunda nida işarәsi ilә verilmәsi yaxşı olardı. Çünki çox tәәssüf ki, ölkәmizdә kadr mәdәniyyәtinin sәviyyәsi elә dә yüksәk deyil. Әksәr işçilәr әmәk qanunvericiliyinin normalarını pozacaqları halda kadrlar xidmәti vә müәssisәnin rәhbәrliyi tәrәfindәn onları gözlәyәn inzibati vә cinayәt mәsuliyyәtindәn xәbәrsizdirlәr.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın