Əmrin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?

Əmrin tərtibi zamanı nələrə diqqət yetirilməlidir?

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Tәlimatda yazılanlara әlavә kimi, tәcrübәdәn vә standartların tәlәblәrindәn çıxış edәrәk bir neçә mühüm mәsәlәyә toxunmaq istәyirik. Yaddan çıxarmayın ki, әmr xüsusi blankda rәsmilәşdirilir. Әmrdә tәşkilatın emblemi, adı, sәnәdin adı (әmr), tarixi, qeydiyyat nömrәsi, tәrtib vә ya çap olunduğu yer, başlıq, mәtn, әlavә haqqında qeyd (әgәr varsa), imza vә viza kimi rekvizitlәrin olması mütlәqdir. Tәlimatdan da göründüyü kimi әmrin mәtni iki hissәdәn ibarәt olur: şәrh vә sәrәncam.

Şәrh hissәsindә sәrәncam üçün әsaslandırma hazırlanır. Әsaslandırma kimi müәssisә qarşısında qoyulan mәqsәd vә mәsәlәlәrin reallaşdırılması, xidmәti yazı, әrizә, müqavilә, akt, rәsmi razılıq, yuxarı tәşkilat tәrәfindәn qәbul edilәn vә yaxud daxili normativ akt (mәsәlәn, Direktorlar (Müşahidә) Şurasının, İdarә Heyәtinin qәrarı, Nazirlәr Kabinetinin normativ aktları vә sair) göstәrilә bilәr. Ancaq mümkündür ki, sәnәd ancaq sәrәncam hissәsindәn ibarәt olsun, şәrhә ehtiyac qalmasın. Әmrin sәrәncam hissәsi tapşırıqlar verilәn hissәdir vә ayrıca sәtirdә, böyük hәrflәrlә ӘMR EDİRӘM sözlәri ilә başlayır.
İndi isә Tәlimatda әhatә olunmayan digәr mәsәlәlәrә baxaq. Әmrin sonuncu bәndindә yaxşı olar ki, onun icrasına (icraçılara) nәzarәti hәyata keçirәn vәzifәli şәxsin adı qeyd olunsun. Bu, hansısa struktur bölmәsinin rәhbәri, müavin vә ya rәhbәrin özü ola bilәr. Mәsәlәn:

4. Әmrin icrasına nәzarәtin hәyata keçirilmәsi direktorun istehsalat üzrә müavini Әli Quliyevә tapşırılsın.
Vә yaxud:
4.Әmrin icrasına nәzarәti öz üzәrimdә saxlayıram.

Bәzәn әmrdә icraçıların adının göstәrilmәsinә ehtiyac olmaya bilәr.
Mәsәlәn:
1. Kargüzarlıqla bağlı Tәlimat tәsdiq olunsun.
Vә yaxud:
1. Kargüzarlıqla bağlı Tәlimat 09.09.2018-ci il tarixdәn qüvvәyә minsin.
Yaxşı olar ki, әmrdә hәr bir bәnd üzrә verilәn tapşırığın icrası müddәti konkret göstәrilsin. Ancaq bәzәn bunu etmәk olmur. Mәsәlәn, mütәmadi tәkrarlanan tapşırıqlarda bunu aşağıdakı kimi ifadә etmәk lazımdır:
1. ..... hәftәlik mәlumatların tәqdim olunmasını tәmin etsin.
Әgәr әmrә hәr hansı sәnәd әlavә olunarsa, o zaman mәtndә sәnәdin adı tam şәkildә göstәrilir vә cümlәnin sonunda mötәrizәdә yazılır: (Әlavә olunur), (Әlavә 1), (Әlavә 2) vә sair. Әgәr әmrә bir neçә sәnәd әlavә olunmuşsa,
o zaman әlavәlәr nömrәlәnir. Bir sәnәd әlavә olunarsa, nömrәlәnmә aparılmır.

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

 

 

 

 

0 Komment

    Şərh yazın

    Son məqalələr

    Populyar məqalələr

    Xəbərlər