İşəgötürən əmək kitabçasını mütləq dövlət orqanından almalıdır?
"Vergi uçotu: A-dan Z-yə" kitabının müəllifi Anar Bayramovun yeni kitabı "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Əmək qanunvericiliyinə əsasən, əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilib. Qaydalarda əmək kitabçasının forması, hansı bölmələrdən ibarət olması, hətta üz qabığının hansı rəngə olması konkret göstərilib.
Qaydalara əsasən, üzqabığı yaşıl rəngdə olan əmək kitabçası 10 sm x 14 sm ölçüdən və 4 bölmədən ibarətdir. İlk bölmə üzqabığı, 2-ci bölmə titul vərəqi, 3-cü bölmə iş haqqında məlumat, 4-cü bölmə isə pensiya təyin edilməsi haqqında qeydlərdir. Əmək kitabçasının bölmələrinin doldurulması qaydası barədə təşkilatın digər nəşrlərində - “Əmək münasibətləri: A-dan Z-yə” və “A-dan Z-yə Kargüzarlıq” kitablarında geniş məlumat verilib.
Maraqlıdır, birinci dəfə işləyən işçi özü əmək kitabçası təqdim edərsə, işəgötürən həmin sənədi qəbul edərək qeydlər apara bilər?
Qaydalarda birmənalı şəkildə göstərilir ki, işəgötürənlərə əmək kitabçalarının verilməsi səlahiyyəti ƏƏSMN-dədir. Deməli, işçinin özünün əmək kitabçası təqdim etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Təcrübədə işəgötürən və ya işçi tərəfindən əmək kitabçalarının metro keçidlərindən və ya köşklərdən alınaraq işəgötürənə təqdim olunmasına rast gəlinsə də, bu cür hallar qanuna ziddir. Çünki əmək kitabçalarının işəgötürənlərə verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsi tərəfindən həyata keçirilir.
İşəgötürən əmək kitabçasının alınması barədə sərbəst formada müraciətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Baş Məşğulluq İdarəsi vəya onun müvafiq idarələrinə yazılı müraciət edir. Adətən, işçi sayı çox olan təşkilatlar hər bir yeni işçi üzrə yox, planlaşdırılan yeni işçilər üçün dövri olaraq müraciət edərək əmək kitabçası əldə edirlər. Qaydalarda məşğulluq idarəsi tərəfindən əmək kitabçasının hansı müddətdə təqdim olunması qeyd edilməyib. Qaydalarda dublikat əmək kitabçasının 15 gün müddətində təqdim edilməsinin qeyd olunmasından çıxış edərək, bildiririk ki, yeni əmək kitabçası da həmin müddətdə verilməlidir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın