Əmək kitabçası doldurulanda diqqət yetiriləsi məqamlar və yanlışlıqlar
Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
İşçinin işә qәbulu ilә bağlı әmәk kitabçasına yazılışa keçmәzdәn әvvәl bәzi vacib mәsәlәlәri xatırladırıq:
- Әmәk kitabçası diyircәkli vә ya mürәkkәb qәlәmlә doldurulur;
- Sәnәdi yalnız mavi, qara vә ya bәnövşәyi rәngdә yazan qәlәmlә doldurmaq olar. Başqa rәngli qәlәmlә yazılış aparmaq qadağandır. Bu tәlәb sırf praktiki әhәmiyyәtә malikdir, әmәk kitabçasına edilmiş yazılışların işığın vә rütubәtin tәsirindәn itmәmәsi üçündür;
- Әmәk kitabçasına qısaldılmış yazılış aparmağa yol verilmir. Mәsәlәn, Әhmәdova N.M. yox, Әhmәdova Nazimә Mirzә qızı q Әmәk kitabçasında gün vә ay ikirәqәmli әrәb rәqәmlәri ilә yazılmalıdır;
- Qeydlәr mümkün qәdәr aydın, konkret vә sәliqәli yazılmalıdır ki, asan oxunsun;
- Titul vәrәqәsinә edilmiş düzәlişdәn fәrqli olaraq daxili sәhifәdә düzәliş edәndә sәhv yazılışın üzәrindәn xәtt çәkmәyә icazә verilmir.
Bu barәdә bölmәnin növbәti sәhifәlәrindә nümunәlәr tәqdim edәcәyik. İndi isә işçinin işә qәbulu ilә bağlı әmәk kitabçasına edilәn yazılışa baxaq.
Әmәk kitabçasının tәrtibi ilә bağlı Nazirlәr Kabinetinin müvafiq qәrarında yazılır ki, “İş haqqında mәlumat” bölmәsinin 3-cü qrafasında başlıq formasında işәgötürәnin tam adı yazılır. Çox tәәssüf ki, praktikada qanunvericiliyin bu tәlәbinә әmәl olunmur, işәgötürәnin adı ayrıca sәtirdә yazılmır, әsasәn iki cümlәdәn ibarәt qeydin içindә olur.
İşәgötürәnin adının ayıca sәtirdә başlıq kimi yazılmasının әn böyük üstünlüyü odur ki, işçinin әmәk kitabçasına baxanda, çәtinlik çәkmәdәn onun hansı tarixlәrdә, hansı tәşkilatlarda işlәmәsini müәyyәn etmәk mümkün olsun. Bu halda işçi müәssisә daxilindә başqa işә keçirilәndә, işdәn azad olunanda tәşkilatın adını tәkrar qeyd etmәyә ehtiyac qalmır.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
3 Komment
Əlimərdan 03 Avqust 2020
Salam,Menim işlediyim yerlerden emek kitapçam yazılıb ama peçat vurulmayıb,onu siz yaxıb peçatını vurdura bilersinizse sixinle iş birliyi edelim,Ve xerci risumu nedise ödüyelim.Zehmet olmasın menimle elaqe saxlasaydınız yaxşı olardı,adım Alimerdan Alıyev tel 0517470365 həm vatsabda yaza bilersiniz
Revan 23 Dekabr 2020
Salam,,direktor rehmete getdikde emek kitabcaaini kim doldurmalidir?
Leyla Seferova 12 Oktyabr 2021
Salam men emek kitabcani yazdirmaq isteyirem isden cixsamda mende emek kitabca olmayib yeni ise meni goturmuller kohne isin emek kitabcasina yazmaqimi deyibler onu yazan sexs vefat edib men indi ne ede bilerem mene teze ilk is yeri kimi emek kitabcani acmillar sistemde adim olduqu ucun
Şərh yazın