İşçinin izahat verməkdən imtinası necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

İşçinin izahat verməkdən imtinası necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Komissiya formalaşdırıldıqdan sonra pozuntunun baş vermәsi sәbәblәrinin araşdırılmasına başlanılır. İşçiyә izahat verilmәsi üçün rәsmi şәkildә müraciәt olunur.  Әgәr işçi bildirişi almaqdan vә sәnәdә imza atmaqdan imtina edәrsә, bu barәdә aşağıdakı mәzmunda akt tәrtib olunur.

"Alov” MMC

AKT №_____

İşçinin bildirişi almaqdan vә izahat yazmaqdan imtina etmәsi haqqında

Bakı şәhәri                                 17 avqust 2019-cu il

“Alov” MMC-nin direktorunun 17 avqust 2019-cu il tarixli, ___№-li әmri ilә yaradılmış Araşdırma komissiyasının sәdri komissiya üzvlәrinin iştirakı ilә 14 avqust 2019-cu il tarixindә “Alov” MMC-nin Bakı şәhәri, Nәrimanov rayonu, Tәbriz küçәsi 116 ünvanında yerlәşәn obyektindә soyuducu avadanlıqlarda әrzağın xarab olmasının sәbәblәrinin aşkara çıxarılması mәqsәdilә hazırladığı işçinin izahat vermәsi haqqında rәsmi bildirişi 17 avqust 2019-cu il tarixindә Cәmiyyәtin Elektromexanika sexinin elektriki Alıyev Ruslan Nәrimanov oğluna tәqdim etsә dә, o, sәnәdi almaqdan vә imza atmaqdan imtina etdi vә hadisә ilә bağlı izahat vermәyәcәyini bildirdi.

Komissiyanın sәdri __________ Mәmmәdov H.Q.

Komissiyanın üzvlәri: ___________ Әlişov M.Ә.

___________ Qarayev N.Ә.

17 avqust 2019-cu il

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın