Başqa işə keçirmə necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Başqa işə keçirmə necə rəsmiləşdirilməlidir? (Nümünəvi forma)

Qalib Toğrulun müəllifi olduğu və satışı davam edən "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə

Müxtəlif səbəblərdən işdə olmayan (məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və sair) işçinin əmək funksiyalarının icrası, adətən başqa işçi tərəfindən həyata keçirilir. Bu halda işəgötürən müvəqqəti iş yerində olmayan işçinin öhdəliklərini başqa işçinin üzərinə qoyur.

Təcrübədə bunun aşağıdakı formalarına rast gəlinir:
Səlahiyyətlərin icrası. Bu halda işçi öz əmək funksiyaları ilə yanaşı, işdə olmayan işçinin funksiyalarını da icra edir.
Əvəzçilik. İşçi öz azad vaxtını işdə olmayan işçinin işini görməyə sərf edir, məsələn, işdən sonra bir neçə saat işləyir, istirahət günləri işə gəlir.
Başqa işə keçirmə. İşçi ancaq işdə olmayan işçinin öhdəliklərini icra edir, bu dövrdə öz işini görmür.
İşdə olmayan işçinin funksiyalarının icrası üçün kənardan müvəqqəti işçi götürülür, onunla müddətli əmək müqaviləsi bağlanılır.
Əmrin nümunəvi forması aşağıdakı kimidir:

Blank “Alov” MMC
ƏMR
№________

Gəncə şəhəri ____ ___________________2019-cu il

Başqa işçinin əmək funksiyalarının icrası barədə

“Alov” MMC-nin baş mühasibi Səlimova Sultanə Sahib qızının 15 iyul 2019-cu il tarixli xidməti yazısına əsasən

ƏMR EDİRƏM:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 61-ci maddəsinə uyğun olaraq, “Alov” MMC-nin kassiri Acalova Asudə Bəhruz qızının əmək məzuniyyətində olduğu ___ _________2019-cu il tarixdən ____ ___________2019-cu il tarixədək olan müddətdə onun səlahiyyətlərinin icrası əsas işindən ayrılmamaq şərti ilə əmək haqqı məsələləri üzrə mühasib Ağayeva Nərminə Bahadur qızına həvalə olunsun.
2. Baş mühasib Səlimova Sultanə Sahib qızı işdə olmayan işçinin səlahiyyətlərinin icrası ilə bağlı Ağayeva Nərminə Bahadur qızına kassirin vəzifə maaşının 50 (əlli) faizi həcmində əlavə əmək haqqı ödənilməsini təmin etsin.

Direktor _______ Nəbili N.N.

Əmrlə tanış oldum:


__________ Səlimova S.S.
15 iyul 2019-cu il


__________ Ağayeva N.B.


15 iyul 2019-cu il

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın