İşçi əmək məzuniyyətini bir necə hissəyə bölməklə əldə etməsi necə tənzimlənməlidir?

İşçi əmək məzuniyyətini bir necə hissəyə bölməklə əldə etməsi necə tənzimlənməlidir?

Satışda olan "Əmək Münasibətləri: A-dan Z-yə" kitabından seçmə

Bәs, işçi neçә dәfә hissәlәrә bölünmәklә әmәk mәzuniyyәtindәn istifadә edә bilәr? Әmәk Mәcәllәsindә işçinin әmәk mәzuniyyәtindәn hissәlәrlә istifadә etmәsinin miqdarı yazılmayıb, daha doğrusu, buna mәhdudiyyәt qoyulmayıb. İşçi istifadә edәcәyi әmәk mәzuniyyәtini iki yox, daha çox hisslәrә bölmәklә istifadә edә bilәr.

Tutaq ki, işçi birinci dәfә әmәk mәzuniyyәtindәn 15 gün istifadә edib, O, qalan 15 gününü isә bir vә ya bir neçә hissәyә bölmәklә istifadә edә bilәr. İşçinin 1 vә ya 2 günlük әmәk mәzuniyyәtindәn istifadә etmәsi halına gәlincә, Әmәk Mәcәllәsindә yazılıb: “Әmәk mәzuniyyәtinin bir hissәsindәn istifadә edildiyi hallarda onun qalan hissәsi hәmin mәzuniyyәtin verildiyi iş ili bitәnәdәk vә ya tәqvim ilinin sonunadәk, yaxud işçinin arzusu ilә növbәti iş ilinin әmәk mәzuniyyәtinә birlәşdirilib verilir”. Maddәyә fikir versәk aydın olur ki, işçi әmәk mәzuniyyәtinin hәr hansı bir hissәsini istifadә edibsә, mәzuniyyәtin yerdә qalan tam hissәsini iş ilinin vә ya tәqvim ilinin sonunadәk istifadә edә bilәr. Maddәdә «qalan hissәsi» yazıldığına görә bu, tam hissә kimi başa düşülür. Amma Mәcәllәdә qalan hissәnin dә hissәlәrә bölünmüş formada istifadәsinә mәhdudiyyәt qoyulmayıb. Sadәcә qeyd olunub ki, işçi iş ili bitәnәdәk vә ya tәqvim ilinin sonunadәk, yaxud öz arzusu ilә növbәti iş ilinin әmәk mәzuniyyәtinә birlәşdirilirәk istifadә edә bilәr.
Ona görә dә mәslәhәtdir ki, artıq problemlәrin yaranmaması üçün işçilәrә әmәk mәzuniyyәti hissәlәrlә bölünmәklә verildikdә, daha az müddәtlәrә bölmәyәsiniz.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr)  artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

 
 
 

0 Komment

    Şərh yazın