Tibbi icbari siğortanın məqsədi nədir və işəgötürən necə hesablayacaq?
Yaxın zamanlarda satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Öncəki bölmələrdə qeyd etmişdik ki, işəgötürən işçilərini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməlidir. Artıq 1 yanvar 2020-ci il tarixdən işçilərin icbari tibbi sığortası da məcburi xarakter daşıyacaq. Gəlir vergisi, sosial ayırma, işsizlikdən sığortada olduğu tibbi sığortanın hesablanmasına və yığımına nəzarət Vergilər Nazirliyinə tapşırılıb. Artıq Vergilər Nazirliyi bununla əlaqədar olaraq, vahid hesabat forması hazırlayıb.
Kitabın üzərindəki CD diskdə yerləşdirilən “Tibbi sığorta haqqında” AR Qanununa əsasən, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir.
İşəgötürənlər icbari tibbi sığortanı necə hesablayacaq?
Qanunun 15.10-cu maddəsinə əsasən, sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi və sığortaolunan tərəfindən isə işçinin əmək haqqının 2 faizi məbləğində icbari tibbi sığorta ödənilməlidir.
Misal. “A” MMC-də çalışan işçinin əmək haqqı 400 manatdır, bu zaman işçinin əmək haqqı məbləğindən 8 manat (400 manat x 2 faiz), əmək haqqı fondundan isə 8 manat (400 manat x 2 faiz) icbari tibbi sığorta hesablanaraq müvafiq büdcəyə ödənilməlidir.
"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA
Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
0 Komment
Şərh yazın