Boş iş yeri üzrə məlumatın verilməməsinə və vaxtında daxil edilməməsinə görə cərimə necə hesablanır?

Boş iş yeri üzrə məlumatın verilməməsinə və vaxtında daxil edilməməsinə görə cərimə necə hesablanır?

Yaxın zamanlarda satışa çıxarılacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Qeyd etdiyimiz kimi, “Məşğulluq haqqında” AR Qanununun 18.3-cü maddəsin əsasən, İşəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatları Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada və formada elektron informasiya sisteminə daxil etməlidirlər. Nazirlər Kabinetinin 411 saylı, 16 sentyabr 2019-cu il tarixli  “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydaları”n məqsədi və məlumatların təqdim olunması haqqında kifayət qədər məlumat verdiyimizdən cərimələr haqqnda məlumat verək.  

İnzibati Xətalar Məcəlləsinin  540.2-ci maddəsinə əsasən, işəgötürən tərəfindən yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci 5 (beş) iş günü müddətində əməkhaqqı göstərilməklə bu barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada və formada mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

Məcəllədən göründüyü kimi,  İşəğötürən boş iş yerləri haqqında konkret müddət olaraq - 5 gün müddətində məliumat təqdim etməsə, 500 manatdan 1000 manatadək cərimə olunacaq.

İkinci cərimə halı  o halda tətbiq edilir ki, işəgötürən ƏƏSMN-nin göndəriş təqdim etdiyi halda işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın təqdim edilməməsinə görədir.

İnzibati Xətalar Məcəlləsinin 540.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi təqdim edildiyi gündən işəgötürən tərəfindən ən geci 5 (beş) iş günü müddətində boş iş yerinin tutulub-tutulmaması ilə bağlı qərarın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməməsinə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə ediləcək.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

0 Komment

    Şərh yazın