Məzuniyyət, əvəzetmə və ya əlavə iş saatı üzrə gəlir iki ayı əhatə etdikdə necə hesablanır?

Məzuniyyət, əvəzetmə və ya əlavə iş saatı üzrə gəlir iki ayı əhatə etdikdə necə hesablanır?

Yaxın zamanlarda satışda olacaq  "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

Əvəzetmə, əlavə iş saatı, məzuniyyət, axşam və gecə növbələri zamanı hesablanan gəlirlər əmək haqqı üzərinə əlavə olunur. Təbii ki, bu cür ödənişlər iki ayı əhatə edirsə, o zaman hər ay üzrə  ayrıca hesablanır.

Misal. İşçinin başqa işçini əvəzetmə günləri 14 iş günü olub, amma bu əvəzetməninin 4 günü sentyabra, 10 günü isə oktyabra təsadüf edib. O zaman oktyabr ayı üzrə əmək haqqı hesablandıqda 14 gün yox, həmin ay üzrə düşən 4 iş günə görə əvəzetmə məbləği nəzərə alınır.

Başqa bir misala baxaq. İşçi 15 oktyabr 2019-cu il tarixdə məzuniyyət çıxıb və məzuniyyətinin son günü kimi 20 noyabr 2019-cu il tarixi müəyyən edilib. Bu zaman işçinin 15 oktyabrdan 31 oktyabra kimi hesablanan məzuniyyət haqqı oktyabr ayının əmək haqqının üzərinə gələcək. 01 -20 noyabr 2019-cu il tarixləri üzrə hesablanan məzuniyyət haqqı isə noyabr ayının əmək haqqına əlavə olunacaq.

Sadəcə məzuniyyətin digərlərindən fərqi odur ki, məzuniyyət 2 ayı əhatə etsə də, ödəniş öncədən həyata keçiriir. Amma əvəzetmə, əlavə iş saatı və s. hər ay üzrə ayrıca hesablanır.

 

"Əmək Münasibətləri: A-dan Z-yə" (VII nəşr) və "Kargüzarlıq: A-dan Z-yə" (II nəşr) bu gündən etibarən artıq SATIŞDA

Sifariş üçün əlaqə nömrələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]

Mündəricatla tanış olmaq istəyirsinizsə, zəhmətə şərh hissəsinə "+" qoyun, göndərilməsini təmin edək.

Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.

Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.

1 Komment

  1. Sadıqova 30 İyun 2022

    menim ayliq maasim 315 manatdir ancaq dekabrin 12 sinden,mayin 1-ne kimi sosial mezuniyyetde olan muellimeni evez etmisem toplam 5 ay 850 manat emek haqqim olub mene 580 manat mezuniyyet vurulub mence az vurulub xahis edirem komek edrdiz hesablamaga

Şərh yazın

Son məqalələr

Populyar məqalələr

Xəbərlər