Sosial sığorta şəhadətnaməsi ilə bağlı cərimələrin izahı

Sosial sığorta şəhadətnaməsi ilə bağlı cərimələrin izahı

Yaxın zamanlarda satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə

İndi isə fərdi uçotla bağlı qanunvericiliyin pozulması hallarında tətbiq edilən cərimələri diqqətdən keçirək.  İnzibati xətalar Məcəlləsini 477-ci “Dövlət sosial sığorta sistemində fərdi uçot aqqında qanunvericiliyin pozulması” adlı maddəsinə əsasən, sığortaedənlər tərəfindən “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada sığortaolunanlar haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına  (Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) təqdim edilməməsinə görə – fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz əlli manat məbləğində cərimə edilir.

Cərimə ilə bağlı bir məqama xüsusi diqqət yetmək lazımdır. Cərimələrin tətbiqi zamanı “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qeyd edilən müddətlər gözlənilməlidir. Müddətlər aşağıdakı kimidir:

 

Sıra

Fəaliyyətin növü

Müddət

Misalla izah

1

sığortaolunan ilk dəfə əmək fəaliyyətinə başladıqda

1 ay müddət

“A”MMC təşkilatı 15 sentyabr 2019-cu il tarixdə işçi işə qəbul edir. Deməli artıq 15 oktyabr 2019-cu il tarixə kimi həmin işçiyə dövlət sosial sığorta şəhadətnaməsini almaq üçün müraciət etməlidir. Yəni yoxlama zamanı məlum olarsa ki, işçinin işə qəbul olunduqdan sonra 1 ay keçməsinə baxmayaraq, sosial sığorta şəhadətnamə  üçün müraciət etməyibsə, o zaman cərimə tətbiq olunacaq. Amma qeyd edilən müddət ərzində müraciət etməsinə baxmayaraq, işə qəbul olunduğu gündən 40 gün keçməsinə baxmayaraq şəhadətnaməni əldə etməyibsə, bu zaman cərimə tətbiq olunmayacaq. Cünki, cərimə məlumatların təqdim olunmamasına görədir.

Eyni proses dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda hallarına şamil olunur.

2

dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslə mülki-hüquqi xarakterli müqavilə bağlandıqda

1 ay müddət

3

sığortaolunan tərəfindən dövlət sosial sığorta şəhadətnaməsi itirildikdə

Sığortaolunanın dövlət sosial sığorta şəhadətnaməsi itməsi haqqında  ərizə müraciət etdikdə

Bu prosesdə müddət bir aydır, amma bir şərtlə. Belə ki,  işçinin sosial sığorta şəhadətnaməsini itirməsi ilə bağlı işçinin müraciət etdiyi müddətdən bir ay ərzində dsmf-ə müraciət etməlidir.

Misal: “AA” MMC-ninin işçisi Əliyeva Gülnaz 01 oktyabr 2019-cu il tarixdə işəgötürənə ərizə yazaraq bildirir ki, sosial sığorta şəhadətnaməsini itirib. Artıq bu zaman işəgötürən 01 noyabr 2019-cu il tarixə kimi müraciət etməsə, ona cərimə hesablanacaq.

4

sığortaolunan haqqında məlumatlar dəyişildikdə

14 iş günü müddətində

Sığortaolunanla bağlı dəyişikliyə gəlincə isə, burda müddət təqvim yox iş günləri müəyyən edilir. Qanuna əsasən,  sığortaolunan haqqında məlumatlar dəyişdikdə 14 iş günü müddətində məlumat verilməlidir. Məlumat dəyişikliklərinə misal olaraq, xanımlarda ailə qurduqdan sonra soyadın dəyişməsini göstərmək olar.

0 Komment

    Şərh yazın