- 0 Komment
- 26 Sentyabr 2019
Əmək məzuniyyətin növbəlilik cədvəli necə tərtib olunur? (Nümünəvi forma)
27 sentyabr 2019-cu ildən satışda olacaq "Kargüzarlıq: A-dan Z-yə" kitabından seçmə
Razılaşdırmalardan və düzəlişlərdən sonra qrafik yenidən Kadrlarla iş şöbəsinə təqdim edilir və burada artıq yekun növbəlilik cədvəli (qrafiki) hazırlanaraq təsdiq edilmək üçün rəhbərliyə təqdim olunur.
Əmək məzuniyyətlərinin növbəlilik qrafiki təşkilat rəhbərinin əmri ilə təsdiq olunur. Belə əmrin nümunəvi formasını növbəti səhifədə təqdim edirik.
Blank “Alov” MMC
ƏMR
№________
Xaçmaz şəhəri ____ ___________________2019-cu il
2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafikinin təsdiq edilməsi haqqında
İstehsalın və işin normal gedişinin tənzimlənməsini, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 133-cü maddəsinin tələblərinə uyğun olaraq
ƏMR EDİRƏM:
1. “Alov” MMC-də 2019-cu il üçün əmək məzuniyyətlərinin növbəlilik qrafiki təsdiq edilsin (Qrafik əlavə olunur).
2. Kadrlarla iş şöbəsinin müdiri Ağayeva Nazlı Həsənağa qızı işçilərin təsdiq olunmuş qrafiklə tanış olmasını, razılıq imzalarının atılmasını və 2019-cu il ərzində qrafikə əməl olunmasını təmin etsin.
3. Baş mühasib Səlimova Sultanə Samir qızı 2109-cu il üçün uçot siyasətini tərtib edərkən, məzuniyyətlərin ödənişi üçün ehtiyatın formalaşdırılmasını və bu xərclərin il ərzində bərabər şəkildə maya dəyərinə daxil edilməsini nəzərdə tutsun.
4. Əmrin icrasına nəzarəti özümdə saxlayıram.
Qoşma: 2 vərəq, 1 nüsxə
Direktor ________ Nəbili N.N.
Əmrlə tanış oldum:
Baş mühasib ___________Səlimova S.S.
Tarix: _____ _____________
Əmək məzuniyyətlərinin növbəlilik qrafikinin yuxarısında, solda təsdiqetmə qrifi olur. Təşkilatın rəhbərinin vəzifəsi, soyadı, adı, atasının adı, əmrin tarixi və nömrəsi qeyd olunur. Təsdiqetmə qrafikinin tərtibi və sənədin hansı hissəsində, necə yerləşdirilməsi barədə kitabın əvvəlki bölmələrində geniş məlumat verilib. Qrafikin aşağısında isə təşkilatın Kadrlarla iş şöbəsinin imzası olur. Əgər təşkilatda ilk həmkarlar ittifaqı təşkilatı fəaliyyət götərirsə, o zaman sənədin yuxarısında təsdiqetmə qrifi ilə bir sırada, solda “İlk həmkarlar ittifaqı təşkilatının ____ ______2019-cu il tarixli, ______№-li rəyi nəzərə alınmışdır” qeydi yerləşdirilir.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın