- 0 Komment
- 25 Sentyabr 2019
Əvəzçilik üzrə əmək müqavilə fərqli olmalıdır və elektron sistemdə necə tənzimlənir?
Yaxın zamanlarda satışda olacaq "Əməyin uçotu: A-dan Z-yə" kitabından seçmə
Təcrübədə rast gəlirik ki, bəzi həmkarlarımız əvəzçilik üzrə ayrıca əmək müqaviləsinin lazım olduğunu bildirirlər. Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əsas vəya əlavə (əvəzçilik) üzrə əmək müqaviləsi standartdır. Sadəcə, əmək müqaviləsinin 1.2-ci bəndində işçinin iş yerinin əsas vəya əlavə iş yeri olması barədə qeyd etmək lazımdır. Əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyatdan keçirilən zaman isə, əsas vəya əlavə iş yeri olması haqqında məlumat qeyd edilməlidir. Yuxarıdakı cədvəldə qeyd etdiyimiz kimi, işçinin yalnız bir əsas iş yeri olmasına icazə verilir. O səbəbdən, əgər işçinin əsas iş yeri üzrə müqaviləsi elektron informasiya sistemində aktivdirsə, o zaman başqa işəgötürən onu əsas iş yeri qeydiyyat almasına proqram təminatı icazə vermir.
Misal: “A” MMC-də əsas iş yerində çalışan Mahmudov Turanın əmək müqaviləsinə xitam verilib, amma bu haqda elektron informasiya sistemində əmək müqaviləsinin xitamı prossesi aparılmayıb. Mahmudov Turan “B” MMC-lə əmək müqaviləsi imzalanmasına baxmayaraq, həmin işəgötürən onu əsas iş yeri kimi elektron informasiya reyestrində qeydiyyatdan keçirə bilmir. Çünki, “A” MMC-in elektron informasiya sistemində Mahmudov Turan aktiv işçidir. “A” MMC elektron reyestr sistemində əmək müqaviləsinə xitam verdikdən sonra Mahmudov Turan “B” MMC-də əmək fəaliyyətinə başlaya bilər. O səbəbdən də, əmək müqaviləsinə xitam verilən işçilərə məsləhət görərdik ki, işdən çıxdıqda əmək müqaviləsinə xitamla bağlı bildirişi də işəgötürənlərdən tələb etsinlər.
Misalın davamı olaraq, Mahmudov Turan “C” MMC-də əvəzçilik üzrə əmək müqaviləsi bağlayır. Yəni, “C” MMC onun üçün əlavə iş yeri hesab olunur. Bu zaman isə, artıq Mahmudov Turanın “A” MMC-in elektron informasiya sistemində aktiv olması, “C” MMC-nin əlavə iş yeri kimi qeydiyyatdan keçirilməsinə məhdudiyyət yaratmır. Fərz edək ki, Turan “D” MMC-də əvəzçilik üzrə əmək müqaviləsi ilə çalışacaq. Bu zaman işçinin “A” MMC-də əsas, “C” MMC-də əlavə iş yeri olaraq elektron informasiya sistemində aktiv olmasının üçünçü şirkətdə əlavə iş yeri üçün qeydiyyatına alınmasına maneçilik törətmir.
Yekun olaraq bildirək ki, Elektron İnformasiya Sistemində işçinin yalnız bir əsas iş yeri və məhdudiyyət qoyulmadan bir neçə əlavə iş yerində aktiv olmasına hər hansı məhdudiyyət qoyulmur.
"Əmək münasibətləri", "Sosial sığorta öhdəlikləri", "Xidmət sektorunda vergi uçotu", "Gəlirdən çıxılan xərclər","Nağdsız hesablaşmalar", "Elektron qaimə-faktura", "Pərakəndə və topdansatış, istehsal və ictimai iaşə müəssisələrində vergi uçotu", "Əlavə dəyər vergisi" ,"Sadələşdirilmiş vergi" və s. bölmələrin də olduğu
“Vergi uçotu: A-dan Z-yə” kitabı ARTIQ SATIŞDA
768 səhifəlik, 36 bölməlik, 1 000 praktiki misal, 100 səhifə sənəd nümunəsi və elektron baza (CD disk)
Istənilən ünvana çatdırılması ÖDƏNİŞSİZ olaraq həyata keçirilir. Regionlarda yaşayan oxucularımıza dəstək olaraq,poçt xərcini biz ödəyirik.
Kitabın dəyərini nağd və ya nağdsız ödəməklə (hesaba köcürməklə, E-manat terminalından və hesab.az saytından ödəməklə) əldə edə bilərsiniz. Hər iki hala uyğun bütün zəruri sənədlər (mədaxil qəbzi, elektron qaimə-faktura, müqavilə və hesab-faktura, akt və sair) təqdim edilir.
Vergi incə sənətdir, sənətkar olmağa az qaldı
Sifariş üçün əlaqə vasitələri: 050-368-12-72, 012-564-86-85 vəya [email protected]
0 Komment
Şərh yazın